Yuxarı

Ankaranın Moskva ilə bağlı planları var – Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq müşahidəçilər belə hesab edir ki, Ankara regiondakı mövqelərinə müsbət impuls almaqdan ötrü incə gedişlər etməli olacaq.

Bu barədə Axar.az-a politoloq Tofiq Abbasov danışıb. Onun sözlərinə görə, Rusiya və Türkiyə arasında vəziyyət qeyri-müəyyən olaraq qalır və bunun əsas səbəbi Moskvanın barışmaz mövqedə olmasıdır:

"Rusiya rəhbəri hesab edir ki, barışıq üçün təşəbbüs Ankaradan üzrxahlıq formasında gəlməlidir. Bu, birinci fraqmentə düzəlişdir. Çünki təyyarə insidenti tək ikitərəfli formata deyil, həm də qlobal geosiyasi cərəyanlara da siraət etdi. Türkiyədə yeni hökumətin fəaliyyətə başlaması ən yaxın zamanda Moskva ilə Ankara arasındakı soyuqluğun aradan götürüləcəyinə dair ehtimalları gücləndirir. Binəli Yıldırımın bu məsələ ilə bilavasitə əlaqəsi olmasa da, türk diplomatlar bu dəyişiklikdən istifadə edə bilərlər. Putin məhz Ərdoğan tərəfindən addım atılmasını gözləyir. Zənnimcə, müəyyən müddət keçdikdən sonra Ərdoğan vəziyyətə yumşaq formada münasibət bildirəcək".

Politoloq hesab edir ki, bu soyuqluqdan hər iki tərəf itirir və normal münasibətlərə qayıdış qlobal böhran vəziyyətində əlverişli iqtisadi əlaqələrin yenidən qurulmasına təkan verəcək:

"Hər halda Moskva zənn edir ki, top Ankara tərəfindədir. Beynəlxalq müşahidəçilər də belə hesab edir ki, Ankara regiondakı mövqelərinə müsbət impuls almaqdan ötrü incə gedişlər etməli olacaq. O cümlədən türk siyasi elitası da bundan əmindir. İsrail istiqamətində belə, artıq addımlar atılır. Görünür, növbədə Rusiya durur və Ankaranın Moskva ilə bağlı öz planları var".

Qeyd edək ki, noyabrın 24-də Rusiyaya məxsus döyüş təyyarəsi Türkiyə sərhədini pozduğu üçün vurulandan sonra Ankara və Moskva arasında münasibətlər gərginləşib.

Tarix
2016.06.01 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla