Yuxarı

Sərxoş sürücünün yandırdığı maşınların - Fotoları

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gecə Abşeron rayonunda Baş Dövlət Yol Polis İdarəsinin 15 saylı cərimə meydançasında avtomobil yanıb. Daha sonra yanan avtomobilin alovu digər 3 maşına keçib. Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb edilib. Alovun digər avtomobillərə keçməsinin qarşısı alınıb.

Hadisənin dəqiq səbəbini öyrənmək üçün Musavat.com-un əməkdaşı həmin cərimə meydançasında olub.

Məlum olub ki, yanğın təsadüfən baş verməyib. Yol patrul xidməti əməkdaşlarının keçirdiyi reyd zamanı məlum "Kraysler" markalı avtomobilin sürücüsü Elnur adlı şəxs sərxoşdur. Onun avtomobili cərimə meydançasına gətirilib. Sürücü isə bununla razılaşmayıb.

Cərimə meydançasının əməkdaşlarının dediyinə görə, "Kraysler"in sürücüsü öz avtomobilini benzin tökərək yandırıb. Nəticədə onun öz avtomobilinə, eləcə də, "Mersedes", "Mitsubişi" markalı digər avtomobillərə ciddi ziyan dəyib. "Ford" markalı yük maşını da qismən yanıb.

Hadisə ilə bağlı dərhal əraziyə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları gəlib. Sürücü saxlanılaraq, idarəyə aparılıb. Məlum olub ki, onun heç sürücülük vəsiqəsi də yoxdur və sərxoş halda qardaşına məxsus avtomobili idarə edib.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, baş verən hadisəyə görə cərimə meydançası heç bir məsuliyyət daşımır. Çünki anlaqsız vəziyyətdə olan sürücü polis əməkdaşlarını aldadaraq avtomobildən şəxsi əşyalarını götürmək üçün icazə istəyib. Ancaq o şüşə qabdakı yanacağı avtomobilinin üzərinə töküb və nəqliyyat vasitəsinə od vurub.

Sərxoş halda öz avtomobilinə od vuran şəxs barəsində Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Tarix
2016.06.01 / 10:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla