Yuxarı

İlham Əliyev: “Bu, arzu edilən mənzərə deyil...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əldə edilmiş uğurlar gərgin iş, beynəlxalq əməkdaşlıq çərçivəsində mümkün olub.

APA-nın məlumatına görə, bunu bu gün 23-cü Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılışında Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, bu gün Cənub Qaz Dəhlizinin icrası qrafik üzrə gedir:

"Bizim qarşımızda bu gün duran əsas vəzifə Cənub Qaz Dəhlizi ilə bağlıdır. Bu gün Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir. Biz hər zaman qarşımıza enerji faktorundan əməkdaşlığı dərinləşdirmək məqsədilə istifadə etmək hədəfi qoymuşuq. Azərbaycan öz resurslarından başqa məqsədlər üçün istifadə etməyib. İstəmişik ki, əməkdaşlığı genişləndirək, qonşuluğumuzda sabitlik olsun, ölkəmizin qüdrətini artıraq. Buna görə də Cənub Qaz Dəhlizinin Məşvərət Şurasında müzakirə olunan məsələlərdə heç bir fikir ayılığı yoxdur, bütün tərəflərin maraqları təmin olunur. Ancaq maraqların uzlaşması şəraitində istədiyimizə nail ola bilərik. İstehsalçı, tranzit və istehlakçı ölkələrin hər hansı biri yalnız öz marağını güdsə, uğurlara nail ola bilməzdik. Enerjidən şantaj, imtiyaz üçün istifadə edilməməlidir. Biz istəyirik ki, Azərbaycanda inkişaf sürətlə getsin, bölgədə sabitlik möhkəmlənsin".

Prezident bildirib ki, dünyada yaranan yeni müharibələr, qarşıdurmalar Azərbaycanı da narahat edir:

"Bu, arzu edilən mənzərə deyil. Biz bölgəmizdə sabitlik istəyrik. Yalnız sabitlik şəraitində bölgə, Azərbaycan inkişaf edə bilər".

İlham Əliyev Azərbaycanın müstəqilliyinin 25-ci ildönümündə olduğunu və ölkəmizin bu illər ərzində müstəqil və yaxşı yaşamağa qadir olduğunu göstərdiyini deyib.

Dövlət başçısı bildirib ki, neft ölkələri, o cümlədən Azərbaycan üçün 2016-cı il sınaq ilidir:

"Azərbaycan bu sınaqdan uğurla çıxır. 2016-cü il sabitləşmə ili olmalıdır, gələn il isə artım olacağına inanıram. Hər il iqtisadi artım olub, indi yeni dövr başlayıb. Ancaq biz istənilən sınaqdan uğurla çıxa bilirik və çıxacağıq".

Prezident İlham Əliyev bildirib ki, əsas məqsədlərdən biri sosial layihələrin ardıcıl icra edilməsidir: "Pensiyalar 10 faiz artırılıb, bütün sosial layihələr icra edilir. Neft qiymətlərinin düşməsi bir növ sınaq oldu. Xarici investorlar bizə inanırlar, biz yaxşı reputasiya qazanmışıq".

Dövlət başçısı qeyd edib ki, dünyanın aparıcı ölkələrinin rəhbərləri bu sərgiyə xüsusi maraq göstərirlər:

"ABŞ prezidenti və Böyük Britaniya baş nazirinin təbriklərini göndərməsi sərginin əhəmiyyətini göstərir".

Tarix
2016.06.01 / 10:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla