Yuxarı

Uşaq oğrusunun görüntüləri yayıldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi (DİN) Bakıda 14 yaşlı oğlanı oğurlayan şəxsin görüntülərini yayıb.

DİN-in mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, mayın 30-da naməlum şəxs Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində kirayədə yaşayan Kürdəmir rayon sakini - 14 yaşlı Cəfər Qasımovu oğurlayıb, qaytarılması müqabilində anası Afətdən 20 000 manat istəməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Həmin şəxs uşağın valideyni ilə əlaqə saxlayaraq ondan bu barədə polisə məlumat verməməsini tələb edib.

Keçirilən təxirəsalınmaz tədbirlərlə C.Qasımovun "VAZ-21154" markalı avtomobillə qaçırıldığı müəyyən edilib. Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının isti izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini 23 yaşlı Sənan Qasımzadə idarə etdiyi avtomobillə birgə Azadlıq prospektində saxlanılıb. Onun avtomobilində olan C.Qasımov isə azad olunaraq ailə üzvlərinə təhvil verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb.

Tarix
2016.06.01 / 12:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla