Yuxarı

Sovetskidəki bu abidənin söküntüsü dayandırıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Sovetski"də məscidin söküntüsü dayandırıldı. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Mustafa Sübhi küçəsi, 63 ünvanında yerləşən qədim məscidin sökülmə işlərini dayandırıb.

Bu barədə ANS-ə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov deyib.

Onun sözlərinə görə, həmin ünvanda yerləşən obyekt məscid yox, yaşayış evi kimi səhvən qeydiyyata alınmışdı. "Amma məscidin sökülməsi ilə bağlı məktub idarəmizə daxil olan kimi hadisə ilə maraqlandıq.

Binanın söküntü işləri heç başlamamışdan, bu işləri dayandırdıq. Bu il Mədəniyyət və Turizm Nazirliyinin təqdimatı üzrə bina məscid kimi tarixi-mədəni əhəmiyyət kəsb edən və mühafizə edilən obyektlər siyahısına daxil edilib".

"Sovetski"də təxminən 171 tarixi abidə var ki, bunun 76-sı ötən ildən, 23-i isə bu ilin mayından Nazirlər Kabinetinin və nazirliyin qərarı ilə tarixi əhəmiyyətə malik olmadığından sökülməsi qərarı verilib.

Amma iki gün öncə Bakı sakinləri tarixi abidələrin sökülməsi ilə bağlı petisiya yaratdılar. Petisiya Nazirlər Kabineti, Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyətinə göndəriləcək.

Tarix
2016.06.01 / 13:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla