Yuxarı

Uğurumuzda ABŞ-ın xüsusi dəstəyi var - Nazir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

XXIII Beynəlxalq Xəzər Neft və Qaz 2016 sərgisində iştirak etmək məqsədilə Bakıda səfərdə olan ABŞ dövlət katibi müavininin enerji diplomatiyası üzrə köməkçisi Robin Dunniqanın rəhbərlik etdiyi nümayəndə heyəti Energetika Nazirliyində olub.

Axar.az Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, energetika naziri Natiq Əliyev bildirib ki, Azərbaycanın son 20 ildə həyata keçirdiyi enerji layihələrinin uğurla reallaşmasında ABŞ-ın xüsusi dəstəyi mühüm rol oynayıb. Nazir Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi və enerji mənbələrinin şaxələndirilməsinə töhfə verəcək "Cənub Qaz Dəhlizi" layihəsi ilə üzrə işlərin icrasının qrafikə uyğun aparıldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, "Şahdəniz -2" və Cənub Qafqaz Boru Kəməri üzrə işlərin 70%-nin tamamlanıb. N. Əliyev layihənin son seqmenti olan TAP-la bağlı da nikbinliyini ifadə edib. Nazir bildirib ki, "Cənub Qaz Dəhlizi" Azərbaycanla yanaşı, gələcəkdə Orta Asiya ölkələri, Misir, İraq və İrandan təbii qazın Avropa İttifaqı ölkələrinə ixracına imkan verəcək: "Hazırda Bolqarıstandan Yunanıstana birləşdirici kəmərin tikintisi gündəmdədir. Eyni zamanda, İtaliyadan onun şimal qonşularına, Albaniyadan isə Balkan ölkələrinə kəmərlərin çəkilməsi nəzərdə tutulur".

Öz növbəsində R. Dunniqan enerji sahəsində Azərbaycan-ABŞ əməkdaşlığını və "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşmasında rolunu yüksək qiymətləndirib. Azərbaycanı enerji diversifikasiyasında, eləcə də bazar rəqabətinin və enerji təhlükəsizliyinin artırılması üzrə ümumi məqsədlərin əldə olunmasında etibarlı tərəfdaş adlandıran R. Dunniqan ölkəsinin Azərbaycana dəstəyinin bundan sonra da davam edəcəyini diqqətə çatdırıb.

Görüşdə həmçinin qlobal enerji bazarındakı son vəziyyət və digər perspektivlər ətrafında da fikir mübadiləsi aparılıb

Tarix
2016.06.01 / 18:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində...

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla