Ana səhifə Planet |
Ermənistanda Dağlıq Qarabağın işğalında iştirak etmiş
"Şuşa batalyonu veteranları" ictimai təşkilatının sədri Jirayr
Sefilyan Milli Müqavimət Komitəsi formalaşdırmağa
başlayıb.
Publika.az erməni
KİV-nə istinadən xəbər verir ki, keçmiş döyüşçülər Ermənistanın
aprel müharibəsində məğlubiyyətindən və itkilər verməsindən sonra
belə qərara gəliblər.
Milli Müqavimət Komitəsinə Kəşfiyyat Veteranları Birliyi də
qoşulur.
Lakin erməni mediası ASALA-nın bu komitə adı altında yenidən
dirçələcəyini yazıb.
Ermənilərin gizli milli azadlıq ordusu kimi təqdir etdiyi, lakin
bütün dünyada terror təşkilatı olaraq tanınan ASALA-nın döyüşçüsü
Alek Enigomsyan bildirib ki, itirilmiş əraziləri qaytarmaq üçün
hərəkətə keçmək lazımdır: "Bu məsələdə döyüşçülər hərəkətə keçməli,
siyasətçilər də onlara dəstək verməlidir. "Şuşa batalyonu
veteranları" birliyinin fəaliyyəti xarici və daxili düşmənlərə
qarşıdır. Buna dəstək verməliyik".
Qeyd edək ki, ASALA 1975-ci ildə yaradılıb. Təşkilatın qərargahı
Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşib. Təşkilatın
məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və
Dağlıq Qarabağ əraziləri üzərində "Böyük Ermənistan" qurmaqdır.
ASALA əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror
aktları həyata keçirir. Afinada 1980-ci ildə qətlə yetirilmiş türk
səfirinin ölümünə görə məsuliyyəti öz üzərinə götürən ASALA lideri
Akop Akopyan "Nyu York Tayms" qəzetinə verdiyi müsahibədə "Bizim
düşmənimiz türk rejimi, NATO və bizlə əməkdaşlıq etməyən
ermənilərdir" deməsi də onların açıq terrorla məşğul olduğunu sübut
edir. Terror təşkilatı 1991-ci ildə rəsmən ləğv olunduğunu elan
edib. Lakin onun gizli fəaliyyətinə dair məlumatlar zaman-zaman
ortaya çıxıb.
Tarix
2016.06.01 / 19:01
|
Müəllif
Axar.az
|