Yuxarı

Vasif Sadıqov Qrandi ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 1-də BMT-nın Qaçqınlar üzrə Ali Komissarlığının Cenevrədəki baş qərargahında Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqov ilə BMT-nın Qaçqınlar üzrə ali komissarı Filippo Qrandi arasında görüş keçirilib.

Nümayəndəlikdən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə BMTQAK arasında münasibətlərin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri, iki tərəf arasında mövcud olan uğurlu əməkdaşlığın daha da gücləndirilməsi və genişləndirilməsi barədə fikir mübadiləsi aparılmışdır. Daimi nümayəndə V.Sadıqov Azərbaycana qarşı Ermənistanın hərbi təcavüzün qurbanları olan çoxsaylı qaçqın və məcburi köçkünlərin humanitar problemlərinin həlli istiqamətində BMTQAK-ın ölkəmizə göstərdiyi dəstək və yardıma, eləcə də onun ümumilikdə Azərbaycandakı fəaliyyətinə görə ali komissar F.Qrandiyə Azərbaycan höküməti adından təşəkkürünü bildirmişdir.

Daha sonra V.Sadıqov ali komissar F.Qrandiyə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamasalınma prosesinin hazırki vəziyyəti, aprel ayında Ermənistan tərəfindən atəşkəsin genişmiqyaslı pozulması halları haqqında məlumat təqdim etmişdir.

F.Qrandi münaqişə bölgəsində mövcud olan humanitar vəziyyətin BMTQAK tərəfindən müşahidə olunmasını bildirmiş, bu qurum ilə Azərbaycan arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edərək gələcəkdə də ölkəmizlə əməkdaşlığın inkişaf etdirilməsinə ümidvar olduğunu ifadə etmişdir.

Tarix
2016.06.02 / 00:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla