Ana səhifə Gündəm |
Azərbaycanin İtaliyadakı səfiri Məmməd Əhmədzadə italiyalı senator Canluka Kastaldonun dəvəti ilə onun seçildiyi Abrutso regionunun Vasto şəhərinə səfər edib.
Axar.az xəbər verir ki, səfər çərçivəsində M.Əhmədzadə şəhərin meri Luçiano Antonio Lapenna ilə görüşüb, burada fəaliyyət göstərən əsas sənaye obyektlərinə baş çəkib, habelə Kieti əyalətinin Sənayeçilər Konfederasiyasının bölgənin iş adamları üçün təşkil etdiyi seminarda çıxış edib. Çıxışında M.Əhmədzadə Azərbaycan iqtisadiyyatı, bu sahədə son dövrlərdə əldə edilmiş nailiyyətlər, İtaliya-Azərbaycan iqtisadi əməkdaşlığının hazırkı durumu və perspektivləri barədə məlumat verib.
Səfər vaxtı M.Əhmədzadə yerli KİV-lərə müsahibələr verib. Azərbaycan diplomatının bölgəyə səfəri yerli KİV-də geniş işıqlandırılıb.
Tarix
2016.06.02 / 00:58
|
Müəllif
Axar.az
|