Yuxarı

Uşaqlar yol polisi oldular - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Region TV teleşəbəkəsinə daxil olan, Azərbaycanın ilk uşaq telekanalı Günəş TV balacaların günündə onları sevindirib.

Axar.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ilə birgə "Yollarda uşaqların təhlükəsizliyini qoruyaq" aksiyasında maraqlı anlar yaşanıb. Balaca polislər böyük sürücüləri yol hərəkəti qaydalarına riayət etməyə çağırıblar.

Azyaşlı uşaqlar yol qəza hadisələrindən sığortalanmayıblar. Balacaların həyat və sağlamlıqlarının qorunması cəmiyyətin hər bir üzvünü düşündürməlidir.

Vaqif Əsədov - Bakı şəhər BPİ-nin mətbuat katibi: "Sözsüz ki, yol qəza hadisələrinin minimuma endirilməsində yol polisi təbliğat işlərinin aparılmasına da önəm verir. Məhz bu gün 1 iyun - Uşaqların Müdafiəsi Günüdə sizin televiziya ilə birgə əməkdaşlıq edərək təbliğat aparması heç də təsadüfi deyil. Yəni yol hərəkəti haqqında qanunun tələbləri uşaqların dili ilə saxlanılan nəqliyyat vasitəsinin sürücülərinə tövsiyyə olaraq bildiriləcək".

Bayram günündə balaca polislər yol hərəkət qaydasını pozan hər bir sürücü ilə tövsiyyə xarakterli söhbət etdilər. Azyaşlılar həmçinin yol hərəkəti haqqında qanunla bağlı öz bilik və bacarıqlarını da paylaşdılar.

Azərbaycanın ilk uşaq kanalı olan Günəş TV cəbhə bölgəsində yaşayan uşaqları da unutmayıb. "Onlar uşaqlıqlarını yaşaya bilməyiblər" adlı sosial çarxlarda mənfur qonşularımızın balacaların əlindən aldıqları UŞAQLIQ ictimaiyyətə göstərilib.

Əfsanə Məmmədyarova - Günəş TV-nin baş redaktoru: "Yollarda uşaqların təhlükəsizliyini qoruyaq layihəsi vasitəsilə biz sürücülərə müraciət edirik. Və bildiririk ki, yol hərəkəti qaydalarına riayət etsinlər xüsusilə də nəqliyyat vasitəsində uşaqlar varsa xüsusilə diqqətli olmaq lazımdır. Çünki uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi yol qəzalarında itirməyək".

Telekanalın başlatdığı layihələrdə məqsəd balacaları daim nəzarətdə saxlamaq, onların uşaqlıqarını yaşamaqlarına yardım etməkdir.

Ötən il qəzalar zamanı ölənlərin 71-i, yaralananların 212 nəfəri uşaqdır. Yollarda uşaqların təhlükəsizliyinini qoruyaq layihəsi də qəzaların sayının minimuma endirilməsinə yönəlib.

Maarifləndirici tədbirlərlə yanaşı, telekanal Uşaqların Beynəlxalq Müdafiəsi Günündə balacaların görüşünə rəngarəng bayram konserti ilə gələcək. Balaca istedadlar tamaşaçılara bayram əhvalı yaşadacaq.

Tarix
2016.06.02 / 01:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla