Yuxarı

Nazir: “Belə getsə, çətin olacaq”

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya bazarında neft qiymətləri 2000-ci illərdən bəri ən aşağı həddə düşüb. Əgər bu proses bir neçə il də davam etsə, neft şirkətləri meqa layihələri reallaşdırmaqda çətinlik çəkəcək.

APA xəbər verir ki, bunu bu gün Bakıda keçirilən beynəlxalq Xəzər Neft və Qaz ("Caspian Oil & Gas") konfransında çıxışı zamanı Energetika naziri Natiq Əliyev bildirib.

Nazirin sözlərinə görə, neftin ucuzlaşması bir sıra amillərdən asılıdır:

"Geosiyasi amillər neftin qiymətinə çox təsir edib. İraq və Liviyada hasilatın səviyyəsi müharibə səbəbindən aşağı düşüb. Vəziyyət bu cür davam etsə, neft şirkətləri iri layihələrini dayandıracaq, qazma və hasilatın səviyyəsi aşağı düşəcək".

Yaranmış vəziyyətin Azərbaycana təsirindən danışan nazir qeyd edib ki, bu proseslərin ölkəmizə təsiri minimumdur. "Azərbaycan neftdən asılılığı azaltmağa çalışırıq və biz buna nail oluruq", - N.Əliyev qeyd edib.

Tarix
2016.06.02 / 10:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əsədovdan motosikletlərlə bağlı qərar

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

Sülhməramlılar Qarabağdan çıxır - Yeni video

Nikol: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığına sevinin!

Bunu etməsək, bölgədə daha bir partlayış olacaq - Paşinyan

ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya

Bakı sülhməramlıların çıxması üçün Moskvaya nələr verib?

Paşinyan sərhəd işlərinə onları da cəlb edir

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla