Yuxarı

Millət vəkili “Rembo” ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Mərkəzi Hərbi Hospitalda aprel döyüşlərində ağır yaralanaraq müalicə olunan Mingəçevir sakini Rahim Tağıyevi ziyarət etdim.

Axar.az xəbər verir ki, bu barədə millət vəkili Aydın Mirzəzadə yazıb. Deputat döyüşlərdə qəhrəmanlıqla vuruşan, aprelin 4-də başından ağır yaralanan Rahim Tağıyevlə yanaşı, bir neçə hərbiçimizə də baş çəkib:

"Cərrahiyyə əməliyyatlarından sonra reanimasiyada olub. Hazırda ona böyük diqqət göstərilir, Rahimi əməliyyat edən və gündəlik nəzarət edən həkim dəfələrlə xaricdə təcrübə keçən, professional həkimlərimizdəndir. Palatada qəhrəmanımızla birgə yatan başqa bir gizir və əsgərlə də söhbət etdim. Əhval-ruhiyyələri yüksəkdir, valideynləri ilə görüşlərinə daim şərait yaradılır. Həmçinin qonşu palatada müalicə olunan "Rembo" ləqəbli hərbiçimizlə də görüşdüm, onun da müalicəsi yaxşı gedir.

Palatada mənimlə birgə olan baş həkim polkovnik-leytenant Tofiq Tağıyev və tibbi personalın öz işlərinə məsuliyyətlə yanaşdıqları hiss edilirdi. Hətta bir tibb bacısı aprel günlərində öz təşəbbüsü və təkidi ilə düz 27 gün palatalarda ağır yaralıların yanında qalıb, onlara qulluq edib, ev yeməyi belə bişirib.

Sonradan Rahimin ailəsinə zəng edərək onlarla bu barədə danışdım və yaralının müalicəsinin ciddi nəzarətdə olduğunu söylədim".

Tarix
2016.06.02 / 12:45
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla