Yuxarı

Erməni deputat: “Torpaqları geri qaytarmalıyıq” – Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün "Sputnik Azərbaycan"ın təşəbbüsü ilə "Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın vasitəçilik perspektivləri" mövzusunda Bakı-Moskva-İrəvan videokörpüsü keçirilib.

Axar.az xəbər verir ki, videokörpüdə Bakıdan Milli Məclisin deputatı Rasim Musabəyov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin məsləhətçisi, politoloq Tofiq Abbasov, İrəvandan Ermənistan parlamentinin deputatları Xosrov Arutünyan və Tevan Poqosyan, Moskvadan filosof-antropoloq, fəlsəfə elmləri namizədi, "Rusiya bu gün" Beynəlxalq İnformasiya Agentliyinin Zinovyev klubunun üzvü Vladimir Lepexin iştirak edib.

"Rusiyanın vasitəçilik missiyası sülhyaratmada vacibdir. Biz istəmirik ki, vəziyyət 1994-cü ildəki hala gəlsin. Ola bilsin, bizim şərtlər təkcə bizim ölkələr üçün deyil, həm də bütün region üçün fəlakət olsun. Düşünürəm ki, işğal olunmuş ərazilər geri qaytarılmalıdır. Bizim üçün əsas olan Dağlıq Qarabağın gələcəyidir. Ermənilər üçün Dağlıq Qarabağ problemi yaşam hüquqü ilə bağlıdır. Bizim üçün önəmli olan Dağlıq Qarabağda ermənilərin gələcək yaşam şərtləri və hüquqlarıdır", - erməni deputat Xosrov Arutünyan deyib.

Millət vəkili Rasim Musabəyov isə Bakının şərtlərini sıralayıb:

"Xəritəni açın, baxın. Ermənistan Dağlıq Qarabağdan 3 dəfə artıq Azərbaycan ərazilərini işğal edib. Azərbaycan razıdır ki, təmas bölgəsində monitorinq keçirilsin. Amma ilk əvvəl hərbi əməliyyatlar dayandırılmalıdır, kommunikasiya xətləri bərpa edilməlidir, məcburi köçkünlər evlərinə qayıtmalıdır, bundan sonra DQ-nin statusu müəyyən edilməlidir. Azərbaycan başqa danışıq aparmayacaq".

Tarix
2016.06.02 / 14:20
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla