Yuxarı

Almaniya “erməni soyqırımı”nı tanıdı – Təcili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Bundestaqı 1915-ci il hadisələrini soyqırım kimi nəzərdə tutan qanun layihəsini səs çoxluğu ilə qəbul edib.

Axar.az xəbər verir ki, səsverməyə çıxarılan qanun layihəsinin əleyhinə yalnız bir deputat səs verib, bir deputat isə bitərəf qalıb.

"Birinci Dünya müharibəsi zamanı Osmanlı imperiyasında ermənilərin məhvi böyük fəlakət idi və erməni xalqının minillik tarixində böyük fəlakətlərə səbəb olub. Çünki müstəqil hesablamara görə, deportasiya və kütləvi qırğınlar nəticəsində 1 milyondan çox erməni həlak olub. Bir çox müstəqil tarixçilər, parlamentlər və beynəlxalq təşkilatlar ermənilərin qovulmasını soyqırım kimi qəbul edir", - qəbul edilən qərar layihəsində deyilir.

Xatırladaq ki, qondarma soyqırımı bundan öncə Rusiya, Fransa, İtaliya, Belçika, Polşa, İsveçrə, Yunanstan, Kanada, Argentina və s. ölkələr qəbul edib. İlk dəfə isə bu qondarma iddianı 1965-ci ildə Uruqvay parlamenti təsdiqləyib.

Almaniya Bundestaqında səsverməyə çıxarılmazdan öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Baş nazir Binəli Yıldırım Almaniya kansleri Merkelə etirazlarını bildirmiş, qanunun qəbul olunacağı təqdirdə Almaniya-Türkiyə münasibətlərinə zərbə dəyəcəyini xatırlatmışdılar.

Tarix
2016.06.02 / 14:46
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla