Yuxarı

"AmCham" Azərbaycanla dialoqu davam etdirir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) son dövrlərdə həyata keçirilən ciddi iqtisadi islahat təşəbbüslərinin dəstəklənməsi məqsədilə ölkə hökuməti ilə dialoqunu davam etdirir. Müzakirə edilən məsələlər gündəliyinə xüsusi olaraq ölkədə sahibkarlıq fəaliyyətinin asanlaşdırılması və ölkənin investisiyalar üçün cəlbediciliyinin artırılması daxildir.

Axar.az Palataya istinadən xəbər verir ki, dialoq bir sıra istiqamətlər üzrə artıq konkret qərarların qəbul edilməsi ilə nəticələnib.

Belə qərarlardan biri cinayət tərkibi yaradan vergidən yayınma əməli üçün müəyyən olunmuş hədlərin artırılması ilə bağlı "AmCham" tərəfindən irəli sürülmüş təklifin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dəstəklənməsi və Cinayət Məcəlləsinə bununla bağlı müvafiq dəyişikliyin edilməsidir. Artıq bu ilin iyunun 1-dən qüvvəyə minən dəyişikliklə xeyli miqdarda vergi ödəməkdən yayınmaya görə cinayət məsuliyyətinə cəlb edilmə həddi 2 000 manatdan 20 000 manatadək, külli miqdarda yayınmaya görə isə 50 000 manatdan 100 000 manatadək artırılıb.

"Palata bu qərarı alqışlayır və hesab edir ki, bu dəyişiklik sahibkarlıq subyektlərində etimadın gücləndirilməsinə, sosial ədalətin təmin edilməsinə və tənzimləmə yükünün və xərclərinin azaldılmasına töhfə verəcək. Əminik ki, hazırda müzakirələrin davam etdiyi bir sıra digər istiqamətlər üzrə də müsbət irəliləyişə nail olunacaq. Biz Azərbaycan iqtisadiyyatının daha da güclənməsi və rəqabət qabiliyyətliyinin artırılması istiqamətində bütün tərəfdaşlarımızla işləmək əzmindəyik", - deyə "AmCham"ın məlumatında qeyd olunub.

Tarix
2016.06.02 / 19:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla