Yuxarı

Türkiyəyə qarşı bunu niyə etdi? - Kudaşeff

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"DW" baş redaktoru Aleksander Kudaşeff qondarma "erməni soyqırımı"nın tanınmasına dair qətnaməni qəbul etdiyi üçün Bundestaqı tənqid edib. Agentlik rəhbəri deyib: "Bundestaq bunu niyə etdi? Buna mənəvi, üstəlik alman təkəbbürü də daxil olmaqla hansısa başqa səbəb vardımı? Əslində, heç bir real səbəb yoxdur.

AzərTac xəbər verir ki, A.Kudaşeffin sözlərinə görə, bu, partiya nümayəndələri vasitəsilə bütün almanların adından danışan Almaniya Bundestaqının müzakirə edəcəyi məsələ deyil. O deyib: "Bu yalnız təkəbbür deyil, həm də lovğalıqdır. Bu, başqa ölkənin daxili işlərinə müdaxilə, həddi aşmadır".

"DW"-nin baş redaktoru fikrinin davamında əlavə edib: "Diqqət edin, söhbət əxlaqdan deyil, alman əqidəsindən, yəni almanların "üçüncü reyx" və İkinci Dünya müharibəsi, xüsusilə də Avropa yəhudilərinin kütləvi qətli ilə yadda qalan keçmişlərinə baxışından gedir. Bu, həqiqətən də nümunə kimi qəbul edilə bilər. Lakin bu, ilk növbədə, almanların daxili işidir. Onlar keçmişin irsini, mədəniyyət uğursuzluğunu qavramalı, alman keçmişinin təqsirini dərk etməlidir".

Tarix
2016.06.02 / 23:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla