Yuxarı

"Kasparovu bu üsulla məğlub etmişdim"

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess2016 turnirinin VII turunda Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiya təmsilçisi Sergey Karyakinlə heç-heçə oynayıb.

Trend-in məlumatına görə, Rəcəbov mətbuat konfransında fransız müdafiəsindən istifadə etdiyini söyləyib: "Fransız müdafiəsindən istifadə edərək debütdən çıxış yolları axtarırdım. İstəyirdim ki, mübarizə olsun. O zaman istənilən nəticəyə oynamaq mümkün olacaq. Fransız müdafiəsi mənə çox uğur gətirib. Harri Kasparovu məhz belə debütlə, amma fərqli variantda məğlub etmişdim. Ona görə belə oynamağa üstünlük vermişdim. Partiya isə heç-heçəyə layiq oldu. Başqa nəticə görsənmirdi".

Teymur Rəcəbov ShamkirChess2016 turnirində sərgilədiyi oyunu normal qiymətləndirib: "Əlbəttə, altı heç-heçəni planlaşdırmırdım. Bir qədər fərqli oyunlar oldu. Belə alındı ki, 7 turdan sonra altı heç-heçə və Karuanaya məğlubiyyəti xatırlamaq məcburiyyətindəyəm. Son 2 turu gözləmək istərdim. Ümumi çıxışımıza sonda qiymət verərik".

Rusiya şahmatçısı Sergey Karyakin isə 7 turdan sonra çıxışını məqbul saydığını dedi: "Rəcəbovla oyun bir istiqamətdə getdi. Qələbə üçün gedişlər görünmürdü. Rəqibim fransız müdafiəsindən istifadə etdi. Bununla belə qələbə qazanmaq mümkün olmadı. 7 turdan sonra çıxışımı məqbul sayıram. 4 xal toplamışam. Daha yaxşı çıxış edə bilərdim. Bununla belə nəticədən narazıyam deyə bilmərəm. Hər şeyi son 2 tur həll edəcək".

Tarix
2016.06.02 / 23:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradıldı

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla