Yuxarı

Bakıda gülməli oğurluq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda gülməli oğurluq hadisəsi baş verib.

ANS-in məlumatına görə, yaşlı qadının protezi oğurlanıb. Hadisə Suraxanı rayonunun Əmircan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini 1942-ci il təvəllüdlü Gülşən Novruzova 31-cu polis bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, iyunun 1-də səhər saatlarında protez dişlərini çıxarıb "polka"nın üzərinə qoyub. Yarım saatdan sonra qadın dişlərini qoyduğu yerə qayıdıb və protezinin yerində olmadığını görüb.

Zərərçəkmişin sözlərinə görə, onun protezinin üzərində 6 qızıl diş olub və bu qızılların oğrunun diqqətini cəlb etməsi labüd idi.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşı hadisəni təsdiq edib və gülümsəyərək bildirib ki, işlədiyi müddətdə çox hadisə ilə qarşılaşıb. O, etiraf edib ki, bu onun qarşılaşdığı ilk belə kruyoz haldır.

Amma Novruzova üçün bu heç də gülməli deyil, çünki yeni protez taxılanadək 74 yaşlı qadın nə çeynəyə biləcək, nə də gülə biləcək.

Analoji hadisə 2015-ci ilin oktyabrında Binəqədi rayonunda da baş verib. 1963-ci il təvəllüdlü Ələfsər Ağayevin də dişləri oğurlanıb. Onun evdə olmadığı vaxt cinayətkar mənzilə girib və 120 manat pulunu və üzərində qızıl dişlər olan protezini oğurlayıb. Yeri gəlmişkən, bu oğurluq hadisəsinin üstü hələ də açılmayıb.

Tarix
2016.06.03 / 00:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla