Yuxarı

Yıldırımdan Merkelə: “Tarixi səhv etdiniz!”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan terror təşkilatlarına dəstək verir. Ermənistanın bu mövqeyinə görə, milyonlarla erməni səfil həyat yaşayır.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Baş naziri Binəli Yıldırım Bakı səfəri öncəsi jurnalistlərə deyib.

O, alman parlamentinin "soyqırım" qərarına sərt münasibət bildirib:

"Dünən Almaniya parlamentinin verdiyi qərar tarixi səhvdir. Bu qərar türk milləti üçün yox kimidir və əlaqələrimizi korladı. Səfirimiz bu gün Ankaraya gələcək və lazım olan qarşılıq veriləcək. Almaniya və Türkiyə iki önəmli müttəfiqdir. Bu məsələni tarixçilər həll etməlidir. Ermənistan Azərbaycan ərazilərini işğal edib, lakin hələ də torpaqlardan çıxmayıb. Apreldə baş verən hadisələr zamanı qardaşlarımız öz təhlükəsizliklərini qorumaq məcburiyyətində qaldılar. Ermənilərin etdikləri səhvləri hər kəs bilir. Ermənistan terror təşkilatlarına dəstək verir. Ermənistanın bu mövqeyinə görə, milyonlarla erməni səfil həyat yaşayır".

Qeyd edək ki, ötən gün Almaniya Bundestaqı 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi tanıyıb.

Tarix
2016.06.03 / 10:08
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla