Yuxarı

PA adından sui-istifadə edən dələduz tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zərdab rayonunda dələduzluq edən şəxs tutulub.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, rayonun Alıcanlı kənd sakinlərinin şikayəti əsasında Tərtər rayonunun Qaradağlı kəndində anadan olmuş, Bakının Xutor qəsəbəsində kirayədə yaşayan 1960-cı il təvəllüdlü Müslüm Kəniş oğlu Mustafayev şübhəli şəxs qismində saxlanılıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs özünü Azərbaycan Respublikası Prezident Administrasiyasının Xüsusi şöbəsinin işçisi kimi təqdim etməklə Zərdab rayonun Alıcanlı kənd sakinlərinin problemlərini həll edəcəyini vəd edib, onları aldadaraq pullarını alıb.

Həmin şəxsin Alıcanlı kənd sakini Arif Əsgərovun Texniki Universitetdə oxuyan oğlunun imtahan kəsirlərini düzəldəcəyini vəd edərək ondan 1000 manat, Niyazi Abbasovu Daxili Qoşunların Xüsusi Təyinatlı Bölməsində işə düzəldəcəyini vəd edib 500 manat, Aqil Nəcəfova sosial yardım təşkil edəcəyini vəd edib 200 manat, Mahir Əsgərovun oğlunu Daxili Qoşunlarda işə düzəldəcəyini vəd edib ondan 500 manat pul aldığı bildirilib.

Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində cinayət işi açılıb. Müslüm Mustafayevin əvvəllər dəfələrlə dələduzluq cinayətinə görə məhkum olunduğu açıqlanıb.

Onun digər dələduzluq əməllərində iştirak edib-etmədiyi araşdırlır.

Tarix
2016.06.03 / 11:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla