Yuxarı

Türkiyənin yeni baş naziri Bakıya gəldi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin yeni baş naziri Binəli Yıldırımın Azərbaycana rəsmi səfəri başlayıb.

Report xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında B.Yıldırımı Azərbaycan rəsmiləri, Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları qarşılayıb.

Səfər zamanı B.Yıldırım Azərbaycan rəhbərliyi ilə görüşlər keçirəcək və ikitərəfli münasibətlərin inkişafı məsələlərini müzakirə edəcək, eləcə də mühüm regional və qlobal məsələlər üzrə fikir mübadiləsi aparacaq.

Qeyd edək ki, B.Yıldırım Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) mayın 22-də keçirilən qurultayında AKP-nin sədri seçilib. Bundan sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğna 65-ci hökuməti formalaşdırmağı B.Yıldırıma tapşırıb. Bununla da B.Yıldırım Türkiyənin baş naziri olub.

Ənənəvi olaraq, Türkiyə baş naziri ilk xarici səfərlərini Şimali Kipr Türk Respublikasına və Azərbaycan Respublikasına edir.

Tarix
2016.06.03 / 11:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla