Yuxarı

Qukasyana sui-qəsd edən general Qarabağa qayıdır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni separatçılarının keçmiş "müdafiə naziri" Samvel Babayan Qarabağda yenidən rəhbər vəzifələrdən birinə gətirilə bilər.

Axar.az xəbər verir ki, bunu "Azadlıq" radiosuna açıqlamasında erməni siyasətçi Ayk Xanumyan söyləyib. Onun sözlərinə görə, Babayanın yenidən "Dağlıq Qarabağın müdafiə naziri" olacağı istisna edilmir.

Qeyd edək ki, Samvel Babayan Xankəndində anadan olub. 80-ci illərin sonunda Ermənistanda başlayan "Miatsum" hərəkatının əsas iştirakçılarından biri olan Babayan sonradan Qarabağ müharibəsinə qatılıb. O, Şuşanın işğal edilməsi üçün hazırlanan əməliyyatın əsas müəlliflərindən biridir.

Babayan 1993-1999-cu illərdə Qarabağ separatçı rejimində "müdafiə naziri" vəzifəsini icra edib. 2004-cü ildə o, Qarabağdakı qondarma rejimin lideri Arkadi Qukasyana qarşı sui-qəsd təşkilində günahlandırılaraq həbs edilib. Sonradan azadlığa çıxan Babayan özünə partiya yaratsa da, heç bir uğur əldə edə bilməyib. Həddən artıq borcu olması onu ölkədən qaçmağa vadar edib. Babayan bir müddət öncə Rusiyadan İrəvana qayıdıb.

Tarix
2016.06.03 / 13:05
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla