Yuxarı

Prezidentdən Milli Məclisə mühüm layihə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin təşəbbüsü ilə Milli Məclisə yeni qanun layihəsi daxil olub.

Bu barədə Axar.az-a millət vəkili Zahid Oruc açıqlama verib.

Deputat bildirib ki, təhsildə fasiləsizliyi təmin etmək və ixtisaslı kadrların hazırlanmasına nail olmaq məqsədilə "hərbi xidmət və hərbi vəzifə haqqında" qanuna dəyişiklik təklif olunur:

"Qüvvədə olan qanunvericilik aktının 21.1.4 cü maddəsində təkcə bakalavr təhsili alanlara deyil, eləcə də bundan sonra magistr və doktorantlara hərbi xidmətdən möhlət verilməsi nəzərdə tutulur.

Azərbaycanda elm və təhsilin fundamental problemlərindən biri olan bu məsələnin həllini tapması cənab prezidentin yeni təhlükəsizlik siyasitinin tərkib hissəsidir. Ordu peşəkarlardan ibarət olmaqla bərabər, alimlər də elm səngərində döyüşməyə hazılanmanmalıdılar. Hər il daha çox qocalan elm adamlarımızın orta yaşı 55-dən yuxarı idi. 30 yaşlı gənc alim tapmaq Sokratın məlum axtarışlarına bənzəyirdi. Orta məktəblərimizdə tədrisi aparan müəllim korpusunun 90 faizi xanımlardan ibarətdir. Magistr pillləsində də eyni tendensiya gedirdi və elmin ağır yükü qadınlarımızın zərif çiyinləri üzərinə qalmışdı.

Nəhayət, dövlət rəhbəri tərəfindən özünün əhəmiyyətinə görə misilsiz olan belə bir addım atıldı. Milli Məclis gələn həftə layihəyə baxacaq və plenar iclasa çıxararaq qəbul edəcək. Ümidvarıq ki, qanunun yeni variantından artıq bu ildən yararlanmaq mümkün olacaq və Təşkilat-Səfərbərlik İdarəsi qüvvəyə minəcək yeni müddəaları rəhbər tutacaq".

Tarix
2016.06.03 / 13:21
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla