Yuxarı

Suriyada ABŞ-Rusiya savaşı başlayır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın dəstəklədiyi hökumət qüvvələri və ABŞ-ın dəstəklədiyi Demokratik Suriya Qüvvələri İŞİD-in Suriya "paytaxtını" ələ keçirmək üçün əməliyyatlara hazırlaşır.

Musavat.com xəbər verir ki, Suriyanın şimal-şərqində hərbi əməliyyatlar yenidən aktivləşib. Suriya ordusu Rusiya hərbi-hava qüvvələrinin dəstəyi ilə Deyr əz-Zor şəhərini geri almaq üçün əməliyyatlara başlayıb. Eyni zamanda, ordu qüvvələri İŞİD-in "paytaxtı" olan Rakka şəhərini təmizləmək üçün hazırlıqlar həyata keçirir.

Hərbi əməliyyatların birinci mərhələsi Rakka şəhərinin qərbində yerləşən və bir neçə il ağır savaşların baş verdiyi Tabqa hərbi hava bazasının ələ keçirmək olacaq. Artıq ordu qüvvələri 8 kilometrlik ərazini İŞİD-dən təmizləyib.

Ölkənin şimalında isə əsas əməliyyatlar Türkiyə sərhədləri yaxınlığında yerləşən və mühüm strateji əhəmiyyətə malik Mənbic şəhəri ətrafında gedir.

Mənbic İŞİD-in əsas nəqliyyat dəhlizi hesab olunur. Qruplaşmaya Avropadan üzvlər məhz bu şəhər üzərindən gəlir. Mənbicdən Türkiyə sərhədlərinə qədər məsafə 1 saatdır, Rakkaya isə 2 saatlıq yol var.

Hazırda Suriyada ABŞ və Qərb ölkələrinin əsas dəstək verdiyi kürdlər (əsasən), süryanilər, xristian qruplar və digər azsaylı etnik qruplara məxsus silahlı birləşmələrdən təşkil olunmuş Suriya Demokratik Qüvvələri hərbi alyansı Mənbic uğurunda döyüşlərə başlayıb. DSQ-nın Mənbic əməliyyatına ABŞ hərbi aviasiyası dəstək verir. Əməliyyatı isə yeni təşkil olunmuş Mənbic Hərbi Qərargahı idarə edir. Bu şəhər YPG-nin nəzarətində olan Cerablus şəhərinin cənubundadır.

100 min nəfərlik əhalisi olan Mənbicdə ərəblər, kürdlər, türkmənlər və çərkəzlər yaşayır. Mənbic bölgədə əsas nəqliyyat və rabitə yollarının üzərində yerləşir, mühüm strateji əhəmiyyəti var. Bu səbəbdən də Suriyada müharibə başlayandan bu yana Mənbici əvvəlcə Azad Suriya Ordusu, daha sonra Nüsrə Cəbhəsi, Əhrar əş-Şam və ən sonda isə İŞİD ələ keçirib. İŞİD-ə Avropadan və dünyanın fərqli ölkələrindən könüllülər məhz bu şəhər üzərindən keçərək gəlir. Bu səbəbdən də Mənbic İŞİD-in "Avropa qapısı" adlandırılır. BBC-nin məlumatına görə, Mənbic əməliyyatının hərbi məsləhətçiləri ABŞ xüsusi təyinatlı zabitləridir.

Ancaq Mənbic əməliyyatı Suriyada savaşan qruplar və dəstək ölkələr arasında ciddi fikir ayrılığına səbəb ola bilər. Məsələ burasındadır ki, bir sıra analitiklərə görə, Mənbicin tez bir zamanda azad edilməsindən sonra növbəti hədəfə Rakkadır. Qərb məhz bu məqsədlə tez bir zamanda Mənbicin azad olunmasını, ardınca isə DSQ-nin Rakkaya doğru hücuma başlamasına çalışır. Məhz bu səbəbdən də Rakkanın qərb tərəfindən hazırda Suriya ordusu hərəkətə keçib. Rakkanı ələ keçirən qüvvə Suriyanın qərbində əsas söz sahibi olacaq. Hazırda gizli şəkildə olsa da, Rakkanı kimin alacağı ilə bağlı rəqabət var.

Ancaq Rakka mövzusunda olmasa da, Mənbicin ələ keçirilməsi ilə bağlı Türkiyə və ABŞ arasında dərin fikir ayrılığı var. ABŞ rəhbərliyi, xüsusən də bu bölgədə çalışan Pentaqon kürdləri dəstəkləyir və Mənbicin, ardınca isə Rakkanın azad edilməsi istiqamətində DSQ-ya hər cür dəstəyi əsirgəmir.

Ancaq Ankara Suriyanın şimalında, Türkiyə sərhədlərində bu cür mühüm bir məntəqənin kürdlərin nəzarətinə keçməsini istəmir. Çünki belə olarsa, birinci növbədə Türkiyənin Suriya ilə əlaqələri zəifləyəcək, əsas nəqliyyat yollarından biri kürdlərin nəzarətinə keçəcək. İkincisi isə Mənbicin kürdlərin əlinə keçməsi Suirya ilə sərhədin şərq hissəsinin kürdlərin nəzarətinə keçməsidir.

Bu isə hazırda cənub-şərq bölgələrində PKK-ya qarşı hərbi əməliyyatlar aparan Türkiyənin maraqlarına ziddir. Türkiyə daha əvvəl məhz Mənbic ərazilərində "təhlükəsiz zona" yaradılması təklifi ilə çıxış etmişdi, amma Amerika hökuməti plana dəstək verməmişdi. İndi isə Mənbis və ətraf ərazilər İŞİD-dən təmizlənəcək və Türkiyənin daha bir düşməni olan PYD-nin nəzarətinə keçəcək. Bu səbəbdən də hələlik üzə çıxmasa da, Mənbic əməliyyatı ilə bağlı ciddi fikir ayrılıqları var. Ancaq hələlik rəsmi Ankara Mənbic əməliyyatı ilə bağlı etirazını və qarşı olduğunu dilə gətirməyib. Əksinə, hökumət rəsmiləri Mənbic əməliyyatlarında kürdlərdən çox ərəblərin iştirak edəcəyini bildiriblər. Bununla da əslində narahatlıq üçün əsas olmadığına işarə edirlər. Görünən odur ki, Ankara Vaşinqtonun Mənbic əməliyyatına açıq şəkildə qarşı çıxmaq istəmir və ya bu mövzuda tərəflər arasında hansısa anlaşma və ya Vaşinqtonun kürd mövzusunda Ankaraya təminatı olub.

Tarix
2016.06.03 / 22:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla