Yuxarı

Ayfon-7-nin qiyməti bəlli oldu

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əpl" şirkətinin sentyabrda təqdimatını keçirilməsi nəzərdə tutulan 3 yeni "Ayfon" modelinin qiyməti məlum olub.

ANS-in məlumatına görə, adının açıqlanmasını istəməyən şirkətə yaxın mənbədən bildirilib ki, Ayfon-7 Pro modelinin qiyməti onun yaddaş tutumundan asılı olaraq dəyişəcək.

Ən mükəmməl versiya hesab edilən Pro modelinin 32 QB yaddaş tutumuna malik olan telefonu 7088 yuan (1612 manat), 128 QB yaddaş tutumuna malik olanı 7888 yuan (1792 manat), 256 QB yaddaş tutumu olanı isə 8888 yuan (2016 manat) civarında olacaq.

Ayfon-7 və Ayfon-7 Plus modellərinin qiymətinin isə əvvəlki nəsil telefonların ilkin satış qiyməti civarında olacağı bildirilib.

Bundan başqa, yeni Ayfon-7 modelində qulaqcıq deşiyinin olmaması söz-söhbətə səbəb olsa da, şirkətin öz niyyətindən əl çəkmədiyi məlum olub.

Etirazlara baxmayaraq telefonların dizaynının dəyişməyəcəyi deyilir. İstifadəçilər qulaqcıqları mobil vasitəyə "Lightning", yaxud da "Bluetooth" vasitəsi ilə qoşa biləcək.

"Əpl"in üzərində çalışdığı yeni Ayfon-7-nin ən böyük dəyişikliyindən biri də onun su keçirməyən bir sistemə sahib olmasıdır.

Mənbə onu da bildirib ki, yeni Ayfon-7 modellərində iOS 10 sistemi tətbiq ediləcək.

Tarix
2016.06.03 / 23:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla