Yuxarı

Bakı İranda dilimizin tədrisinə dəstək verəcəkmi? – Rəsmi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda yaşayan azərbaycanlıların öz dillərində təhsil almaq hüquqlarının bərpa olunması fonunda bu ölkəyə Azərbaycan dilində metodiki vəsaitələrin göndərilməsi və müəllimlərimizin sözügedən ərazilərdə ödənişli məzuniyyət məsələsi hökumətlərarası sazişlərlə tənzimlənir.

Bu barədə Axar.az-ın sualına cavab olaraq Təhsil Nazirliyinin məbuat xidmətindən bildiriblər. Məlumat vurğulanr ki, gələcəkdə belə bir məsələ gündəmə daxil olarsa, hökumət tərəfindən baxılacaq:

"Təhsil Nazirliyinə Azərbaycan dilində olan tədris resurslarının əldə edilməsi ilə bağlı hər hansı bir müraciət daxil olmayıb. Ümumiyyətlə, bir qayda olaraq, belə məsələlər hökumətlərarası sazişlərlə tənzimlənir və gələcəkdə belə bir məsələ gündəmə daxil olarsa, hökumət tərəfindən baxılacaq".

Qeyd edək ki, bir neçə gün öncə İran hökuməti xalqın əksəriyyətinin türk və kürd olduğu bölgələrdəki məktəblərdə dərslərin türk və kürd dilində keçirilməsi haqqında qərar verib.

Bundan öncə isə İran Prezidenti Həsən Ruhani ölkədə yaşayan milli azlıqların doğma dillərində təhsil almaq hüquqlarını müdafiə edib.

İran Konstitusiyasının 15-ci maddəsi də bu ölkə ərazisindəki bütün xalqlara öz dillərində təhsil hüququ tanıyır.

Qərarın mahiyyəti ondan ibarətdir ki, artıq bundan sonra milli azlıqların nümayəndələri orta təhsil zamanı öz ana dilləri və ədəbiyyatlarını öyrənə biləcəklər.

Tarix
2016.06.04 / 09:50
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində...

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla