Yuxarı

Xüsusi təyinatlılar rus səfirliyinin önünə yeridildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər saatlarında Rusiyanın Bakıdakı səfirliyinin qarşısına xüsusi təyinatlı polislər və Daxili Qoşunların qüvvələri yeridilib.

Şahidlərin APA-ya verdiyi məlumata görə, xüsusi təyinatlıların ərazidə əməliyyat keçirdiyi müşahidə olunub.

Ərazidə xidmət aparan polis əməkdaşları heç bir açıqlama verməyiblər. Nəsimi Rayon Polis İdarəsindən APA-ya sözügedən əraziyə xüsusi təyinatlıların çıxarıldığı təsdiqlənsə də, ətraflı məlumat verilməyib.

DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə APA-nın sorğusuna cavab olaraq bildirib ki, bu gün səhər saat 08.00 radələrində Bakı şəhərində daxili işlər orqanlarının əməkdaşları Rusiyanın Azərbaycandakı diplomatik nümayəndəliyinin ərazisində əvvəlcədən planlaşdırılmış növbəti xüsusi-taktiki təlim məşqi keçiriblər. E. Zahidov qeyd edib ki, ölkəmizdə fəaliyyət göstərən bütün səfirlik və diplomatik nümayəndəliklərin daha etibarlı mühafizəsini təmin etmək və gələcəkdə baş verə biləcək hər hansı xoşagəlməz hadisənin qarşısının operativ şəkildə almaq məqsədilə keçirilən təlim məşqi səfirliyin nümayəndələri də izləyiblər.

Tarix
2016.06.04 / 10:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla