Yuxarı

Boksçumuz Məhəmməd Əli ilə görüşündən danışdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhəmməd Əlinin ölüm xəbərini bu səhər televiziya kanallarının birində eşitdim. Əfsuslar ki, belə oldu. Onun ölümü xəbəri mənə çox pis təsir etdi.

Bunu Report-a açıqlamasında Ümumdünya Boks Təşkilatının WBO LATINO versiyası üzrə qızıl kəmərin sahibi Əli İsmayılov deyib.

O, Məhəmməd Əli ilə görüşündən danışıb:

"Mən 1974-cü ildə anadan olmuşam və həmin il Əlinin karyerasının pik nöqtəsi sayılır. Valideynlərim onun şərəfinə adımı Əli qoyub. Məhəmməd Əli ilə iki görüşüm olub. Biri ABŞ-ın Texas ştatının Hysuton şəhərində keçirilmiş dünya çempionatında, digəri isə 2000-ci ildə Sidneydə keçirilmiş olimpiadada. Hyustonda öz xalatını mənə hədiyyə vermişdi. Dedi ki, bu xalat sənə uğur gətirəcək. Məhəmməd Əli mənim kumirim olub".

42 yaşlı Ə.İsmayılov Məhəmməd Əlinin şərəfinə öz oğlunun adını Məhəmməd Əli qoyduğunu söyləyib:

"Oğlum olanda ona zəng elədim və dedim ki, oğlum olub, adını da Məhəmməd Əli qoymuşam. Bunu eşidəndə çox şad oldu. Onun mənə bağışladığı xalatı oğluma verəcəm. Onun uğur qazanması, Məhəmməd Əli kimi boksçu olması üçün əlimdən gələni edəcəm. İndi oğlumun şəxsi məşqçisi özüməm. Balaca Əli 6 ildir boksla məşğul olur və uğur qazanır. İnşallah, o, da XXI əsrin Məhəmməd Əlisi olacaq".

Azərbaycanlı əlcək ustası hesab edir ki, M.Əli kimi insanlar, əfsanələr dünyaya yüz ildə bir dəfə gəlir:

"Onlar bütün insanlara nümunə olur".

Qeyd edək ki, əfsanəvi boksçu Məhəmməd Əli 74 yaşında vəfat edib.

Tarix
2016.06.04 / 15:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla