Yuxarı



Honduras Xocalı soyqırımı ilə bağlı qərar qəbul etdi

Ana səhifə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Honduras Milli Konqresi 2014-cü ilin 17 yanvar tarixində Azərbaycan ərazilərinin işğalı və Xocalı soyqırımını tanıyan 333-2013 saylı Qərar qəbul edib.

 

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, Honduras Milli Konqresinin qəbul etdiyi bu Qərar Konqresin prezidenti və katibləri tərəfindən təsdiq edilib.

 

Bu Qərar 2014-cu ili 24 yanvar tarixində Honduras Respublikasının Prezidenti və xarici işlər naziri tərəfindən təsdiq edildikdən sonra 2014-cu ilin 13 fevral tarixində ölkənin rəsmi mətbuat orqanı olan "THE GAZETTE" rəsmi kütləvi informasiya vasitəsində dərc edilərək qüvvəyə minib və ölkənin qanunu statusunu alıb.

 

Sənədin giriş hissəsində Ermənistanın öz müstəqilliyini bəyan etdikdən əvvəl və sonra Azərbaycanın suverenliyi altında olan geniş əraziləri ilhaq etmək yolu ilə öz ərazilərinin ekspansiyası siyasətinə başladığı bildirilir.

 

1991 və 1992-ci illərdə Sovet İttifaqının dağılması nəticəsində yaranmış siyasi qeyri-sabitlikdən istifadə edən Ermənistan hökumətinin Dağlıq Qarabağ və ətraf 7 rayonun işğalı məqsədilə döyüş əməliyyatlarını hərbi fazaya keçirərək ərazi ekspansiyası siyasətini intensivləşdirdiyi bildirilir.

 

Həmçinin 30 min insanın öldürüldüyü və 1 milyondan çox insanın məcburi köçkünə çevrildiyi hərbi əməliyyatlar zamanı Xocalıda azərbaycanlı əhaliyə qarsı soyqırım aktı və digər insanlıq əleyhinə cinayətlərin törədildiyi qeyd edilir.

 

Sənəddə Ermənistan hökuməti tərəfindən Azərbaycanın suveren ərazilərinin işğalı nəticəsində beynəlxalq hüququn təməl prinsiplərinin pozulması ilə yanası, azərbaycanlı əhalinin kütləvi səkildə məcburi köçkünə çevrilməsi diqqətə çatdırılır və bu kimi hərəkətlər beynəlxalq cinayət əməli kimi qiymətləndirilərək, beynəlxalq sülh və təhlükəsizliyə təhdid olaraq təqdim edilir.

 

Bununla yanaşı, erməni qoşunlarının Azərbaycanın işğal edilmiş bütün ərazilərindən dərhal çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1992 və 1993-cü illərdə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrin qəbulundan 21 ildən artıq vaxtın ötməsinə baxmayaraq, münaqişənin hələ də davam etdiyi və Ermənistan hökumətinin BMT-nin tələblərinə etinasız yanaşdığı bildirilir.

 

Qərarın 1-ci bəndində Ermənistan hökuməti təcavüzkar işğalçı davranış, Azərbaycanın suveren ərazilərinin hərbi işğalı və Azərbaycan mülki əhalisinə qarsı misilsiz hərəkətlərə görə ciddi şəkildə ittiham edilir.

 

Qərarın 2-ci bəndində Ermənistan tərəfinin hərəkətlərinə münasibətdə Azərbaycan dövləti və hökuməti ilə həmrəylik ifadə olunur.

 

Qərarın 3-cü bəndində beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsinə cavabdeh olan qurumlar münaqişədən əvvəlki status-kvonun bərpa edilməsi məqsədilə Azərbaycan ərazilərinin qaytarılması ilə bağlı həlledici addımlar atmağa çağırılır.

 

Qərarın 4-cü bəndində Honduras hökuməti Azərbaycan dövlətinin ərazi bütövlüyünün bərpası, Azərbaycan əhalisinin sülh və təhlükəsizliyinin və öz ərazisində sülh şəraitində yaşamaq hüququnun bərpa edilməsi naminə beynəlxalq təşəbbüsləri dəstəkləməyə çağırır.

 

Qərarın 5-ci bəndində sənədin "THE GAZETTE" rəsmi kütləvi informasiya vasitəsində dərc edilməsindən sonra qüvvəyə minəcəyi bildirilir.

Tarix
21 Fevral [21:41]
Müəllif
Axar.az
Şərhlər
Ən çox izlənənlər

Sürücülərin arzusunda olduğu "10-OO-010" satıldı

İŞİD bombardmandan görün necə qorunur - Dəhşət

Ərdoğan İŞİD-i maliyyələşdirir – Şok iddia

İŞİD prezidentə ölüm mesajı göndərdi

Fantastik layihə: 275 milyarda şəhər salınır

İŞİD-dən betəri gəlir - “Horasan”

Moskva Qafqazdan Luqanska “böyük köç”ə start verdi

Klinton: “Mən Yeltsinə demişdim ki...”

Şərhini əlavə et Bağla
  Ad və soyad
  E-poçt
  Şərhiniz
 
Xəbər xətti
SORĞU
Hansı universitet daha yaxşı təhsil verir?
 Qafqaz Universiteti
 Bakı Dövlət Universiteti
 Azərbaycan Dövlət Neft Akademiyası
 Azərbaycan Dövlət İqtisad Universiteti
 Bakı İslam Universiteti
 Azərbaycan Tibb Universiteti
 Xəzər Universiteti
 Azərbaycan Memarlıq və İnşaat Universiteti
 Bakı Slavyan Universiteti
 ADA Universiteti
 Dövlət İdarəçilik Akademiyası
 Azərbaycan Texniki Universiteti
 Lənkəran Dövlət Universiteti
 Azərbaycan Dillər Universiteti
 Gəncə Dövlət Universiteti
 Naxçıvan Dövlət Universiteti
 Odlar Yurdu Universiteti
 Milli Aviasiya Akademiyası
 Azərbaycan Dövlət Dəniz Akademiyası
 Azərbaycan Dövlət Pedaqoji Universiteti
 Sumqayıt Dövlət Universiteti
 Azərbaycan Turizm İnstitutu
 Moskva Dövlət Universitetinin Bakı filialı
 Azərbaycan Dövlət Aqrar Universiteti
 Bədən Tərbiyəsi və İdman Akademiyası
 Azərbaycan Müəllimlər İnstitutu
 Bakı Ali Neft Məktəbi
 Azərbaycan Milli Konservatoriyası
 Bakı Qızlar Universiteti
 Mədəniyyət və İncəsənət Universiteti
 Rəssamlıq Akademiyası
 Azərbaycan Texnologiya Universiteti
 Azərbaycan Universiteti
 Bakı Avrasiya Universiteti