Yuxarı

İrandan narkotik gətirən tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astara Gömrük İdarəsinin əməkdaşları İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama zamanı narkotik vasitələr aşkar ediblər.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, öncə sözügedən vətəndaşın ayaqqabısının hər tayında 1 ədəd olmaqla, cəmi iki ədəd bükümdə 51 ədəd həb şəklində metadon, sonra isə hər iki ayağının pəncə hissəsində, corabın altında 1 ədəd olmaqla, cəmi iki ədəd bağlamada ümumi xalis çəkisi 190,091 qram heroin aşkar olunaraq götürülüb.

Xatırladaq ki, metadon adlı həb "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II siyahısına daxildir və aşkar olunan 51 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 1 400 mq təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2016.06.04 / 15:01
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla