Yuxarı

Tərtərdə top mərmisi aşkarlandı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tərtər rayonunda top mərmisi və "Qrad" raketinin hissələri aşkar edilib.

Bu barədə Axar.az-a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Tərtər rayonu

Şıxarx kəndi - 4 ev və həyətyanı sahədə 6 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış 122 mm-lik top mərmisi aşkar edilərək götürülüb, nəticə etibarilə 25 500 kv.m ərazi yoxlanılıb (FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi və DİN-in "102" Xidməti-Zəng Mərkəzi sisteminin məlumatları)

Cəmilli kəndi - 1 ev və həyətyanı sahədə 6 partlayış yerinə baxış keçirilib və 3 ədəd "Qrad" raketinin mühərrik hissəsi aşkar edilərək götürülüb, nəticə etibarilə 8000 kv.m ərazi yoxlanılıb.

Ağdam rayonu

Qaradağlı kəndi - 3 əkin sahədə 3 partlayış yerinə baxış keçirilib, nəticə etibarilə 19 000 kv.m ərazi yoxlanılıb.

Füzuli rayonu

Horadiz şəhəri - 3 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, nəticə etibarilə 1700 kv.m ərazi yoxlanılıb.

4 iyun tarixində 5 ev və həyətyanı sahə, 6 əkin sahəsi, 18 partlayış yerinə baxış keçirilmiş, 4 ədəd partlamamış hərbi sursat (1 ədəd partlamamış 122 mm-lik top mərmisi və 3 ədəd "Qrad" raketinin mühərrik hissəsi) aşkar olunaraq götürülüb və gün ərzində 54 200 kv.m ərazi təmizlənib.

Ümumilikdə ANAMA tərəfindən 7 aprel - 4 iyun 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 573 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 21 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 493 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Tarix
2016.06.04 / 18:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla