Yuxarı

Bu, Azərbaycan xalqının həyat tərzidir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 4-də Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü və Ulu Öndərin hakimiyyətə qayıdışının 23-cü ildönümünə həsr edilən "Multikulturalizm Azərbaycanın dövlət siyasəti və cəmiyyətin həyat tərzidir" mövzusunda IV beynəlxalq konfrans keçirilib.

Universitetdən Axar.az-a bildiriblər ki, konfrans bu ali məktəbin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Türkiyənin Anadolu Universitetinin, "Gənclərin Elmi Araşdırmalarına Dəstək" İctimai Birliyinin və "SƏS" media qrupunun birgə təşkilatçılığı ilə reallaşdırılıb.

Konfransın plenar iclasında Azərbaycan Universitetinin rektoru Fərid Əhmədov multikulturalizmin nəzəri və praktik cəhətdən dünyanın diqqət mərkəzində olduğunu söyləyib. Qeyd edilib ki, dominant və periferik mədəniyyətlərdən ibarət cəmiyyətlər multikultural dəyərlərin yüksək səviyyədə təmin olunmasında problemlərlə üzləşir. Azərbaycan özünün multikulturalizm siyasəti və modeli ilə böhran yaşayan ölkələrə nümunə ola bilər.

Nəsimi Ryon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov xalqımızın mültikultural ənənələrə dəyər verdiyini deyib. Bildirilib ki, xalqımız əsrlərdir müxtəlif etnik qrupların nümayəndələri ilə qarşılıqlı hörmət və tolerantlıq şəraitində yaşayır. Ölkəmizdə tolerantlıq mühitinin güclənməsi istiqamətində ciddi addımlar atılır.

Milli Məclisin deputatları Aydın Mirzəzadə, Məlahət Həsənova bildiriblər ki, Azərbaycanda multikultural sərvətin və ənənələrin qorunmasına və nəsildən–nəslə ötürülməsinə xüsusi diqqət yetirilir. Dünyada yaşanan multikutural böhran fonunda Azərbaycanın öz tolerant dəyərləri ilə fəxr etməyə haqqı var.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini maarifləndirmə işinin təşkili şöbəsinin müdiri Sadiq Mirzəyev, Azərbaycan Respublikasının Millətlərarası multikulturalizm, milli və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin aparıcı məsləhətçisi Ceyhun Məmmədov konfransın "Multikulturalizm ili" çərçivəsində həyata keçirilən birgə tədbirlər planına uyğun təşkil olunduğunu diqqətə çatdırıblar. Qeyd edilib ki, Bakı Multikulturalizm Mərkəzinin açılması, dövlətimizin başçısının müvafiq Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə "Multikulturalizm ili" elan olunması, multikulturalizm fənninin tədrisi ölkədə multikultural və tolerant mühitin möhkəmlənməsinə dövlət səviyyəsində göstərilən diqqət və qayğının göstəricisidir.

"İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru Cəfər Cəfərov, "SƏS" media qrupunun baş direktoru Bəhruz Quliyev və "Gənclərin Elmi Araşdırmalarına Dəstək" İctimai Birliyinin nümayəndəsi Həzi Eynalov ölkəmizdə multikulturalizm siyasətinin həyata keçirilməsində görülən işlərdən söz açıb, bunun Azərbaycan dövlətinin strateji xəttində xüsusi əhəmiyyət daşıdığını bildiriblər.

Azərbaycan, Türkiyə, Rusiya və Gürcüstandan olan elm adamlarının, ekspertlərin iştirak etdikləri konfrans işini bölmə iclasları ilə davam etdirib.

Tarix
2016.06.05 / 01:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla