Yuxarı

Rəqs et, çempion - Video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

1974-cü il oktyabrın 30-da Zairdə Məhəmməd Əli ilə Corc Formanın tarixi döyüşü baş tutur.

Axar.az xəbər verir ki, həmin vaxta qədər 44 qarşılaşmanın 40-nı nokautla qazanan Forman 7-ci raunda qədər Əliyə bir çox zərbələr endirir. Lakin 8-ci raundda Məhəmməd Əlinin məşqçisi Bundini ona aşağıdakı tarixi sözləri deyir və bununla da Əli rəqibini nokauta salaraq qalib gəlir.

Məşqçisinin Məhəmməd Əliyə dediyi sözləri təqdim edirik:

"Rəqs et, çempion, kimsəsiz uşaqlar üçün rəqs et. Uşaqların naminə vur yumruqlarını. Kirayə haqlarını ödəyə bilməyən işsizlər üçün rəqs et. Bu alçağın işini bitir.

Şərab evlərindəki sərxoşlar üçün rəqs et, çempion, xərçəngdən ölən yoxsul xəstələr üçün, səfil məhkumlar üçün, hər kəsin tərk etdiyi narkomanlar üçün, ərləri olmayan gənc hamilə qızlar üçün...

Rəqs et, çempion, onlar üçün döyüş!

Bu alçağın işini bitir, çənəsini qır. Fiziki qüsurlular üçün, maaşlarını ala bilməyən yaşlılar üçün, küçədə müştəri gözləyən yaşlı və yorğun fahişələr üçün...

Təmizlik işçiləri üçün vur yumruqlarını: hava limanlarında, dayanacaqlarda, yanacaqdoldurma məntəqələrində yer süpürən insanlar üçün. Onlar üçün döyüş, çempion. Otellərdə tualetləri təmizləyən azyaşlı qızlara görə dərsini ver bu axmağın!

Səni xilas edənlər senator, qubernator, prezident deyildi. Səni küçədəki insanlar xilas etdi. İndi sən də küçələr üçün savaş!

Bu rinq ikiniz üçün çox balacadır. Bitir onun işini, sifətini parça-parça et. Kasıblar üçün, çempion, kasıblar üçün!

Haydı, oğlum, vur yumruqlarını. Məhəmməd Əlini heç kim məğlub edə bilməz. Heç kim! Sadəcə, Kasius Kley məğlub edə bilər, amma o da indi burada deyil.

Rəqs et, çempion, rəqs et!"

Tarix
2016.06.05 / 12:03
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla