Yuxarı

Norveç benzinlə işləyən maşından imtina edir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Norveç gələn onillikdə bütün növlərdən olan qazıntı yanacağını qadağan edəcək və planetin ən mütərəqqi ölkəsinə çevriləcək.

Axar.az BBC-yə istinadən xəbər verir ki, siyasi spektrin hər iki tərəfində olan partiyalar 2025-ci ilədək Norveçdəki maşınların 100 faizinin yaşıl enerjiyə keçəcəyi barədə razılığa gəliblər.

Norveçin "Dagens Naeringsliv" qəzeti ölkənin sağ təmayüllü populist Tərəqqi Partiyasına istinadən yazır ki, gələn onillikdə bütün benzin işlədən maşınlar yığışdırılacaq.

Siyasətçilər deyirlər ki, bu qərar Norveç üçün xüsusi onəm daşıyır, belə ki, ölkənin əsas maliyyə fondları neft sənayesinə söykənir.

Bu hesabatdan əvvəl verilmiş başqa bir bəyanatda isə deyilirdi ki, Norveç meşə qırılmasını sıfır həddinə endirəcək ilk ölkə olmağa hazırlaşır.

Norveçdə 2025-ci ilədək benzinlə işləyən maşınların ləğv olunacağı barədə xəbəri sevinclə qarşılayanlardan biri də ABŞ elektrik avtomobilləri istehsalçısı "Tesla Motors"un baş icraçı direktoru Elon Musk olub.

"Elə indicə eşitdim ki, Norveç 2025-ci ilədək bütün benzin avtomobillərini qadağan edəcək. Necə də ecazkar bir ölkədir. Siz qiyamətsiniz, uşaqlar!" – yazır Musk.

Bununla belə, Demokratik və Liberal partiyalar bildiriblər ki, qəbul olunmuş qərarın təfərrüatları hələ də Tərəqqi Partiyası ilə müzakirə olunur.

Britaniya da bu istiqamətdədir

"Əgər bu qərar tam qəbul olunsa, bu hətta Leyborist Partiyasının 2030-cu ildək dizel və benzinlə işləyən maşınların satışını dayandırmaq planından da daha ambisiyalı addım olacaq", - "İndependent" yazır.

Norveçi bərabər təmsilçilikdə idarə edən dörd siyasi partiya habelə elektrik enerjisinə yeni "iqlim vergisinin" qoyulması barədə razılığa gəliblər.

"İndependent" yazır ki, Norveçdə hazırda avtomobillərin 24 faizi elektriklə işləyir.

Bundan başqa, Norveçdə elektrik enerjisinin 99 faizini su elektrik stansiyaları istehsal edir. Üstəlik, Norveç 2020-ci ilədək külək enerjisinin həcmini 3 dəfə artırmağı planlaşdırır. Bu məqsədlə bu sahəyə 2013-cü ildə qəbul edilmiş sənədə əsasən 3 milyard dollar vəsait ayrılıb.

Bu arada Britaniyada hakim Mühafizəkar Partiya yaşıl enerji növlərinə "sədaqət andı içsə də", ölkənin enerji problemini şist neftinin və nüvə stansiyalarının hesabına həll etməyə can atmasına görə tənqid olunur.

Buna baxmayaraq, Britaniyada bərpa olunan enerji istehsalına yatırımlar ötən il 25 faiz artırılıb.

Tarix
2016.06.05 / 21:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla