Yuxarı

Xankəndində ara qarışdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağın separatçı rejiminə qarşı ictimai-siyasi aksiya keçirilib.

Musavat.com-un verdiyi məlumata görə, bu gün Ermənistan və qondarma DQR rəhbərliyini tənqid edən və 2-5 aprel döyüşləri barədə qalmaqallı açıqlamaları ilə gündəmə gələn "İjo" kod adlı general Samvel Babayan Xankəndinə gəlib.

Onu 1000 nəfərdən çox sayda tərəfdarı qarşılayıb. Daha sonra Samvel Babayanın tərəfdarları qondarma rejimin əldəqayırma "prezidenti" iqamətgahı ətrafına toplanıb və Bako Saakyanla görüş tələb ediblər.

Onlar Samvel Babayanın Qarabağ separatçılarının qanunsuz silahlı birləşməsinin komandanı təyn edilməsini tələb ediblər. Samvel Babayanın tərəfdarlandan Xanumyan adlı biri "Kavkazskiy uzel" əməkdaşına deyib ki, mitinqçilər Babayanın silahlı qruplaşmanın rəhbəri gətirilməsini tələb edirlər, Susanna adlı başqa bir mitinqçi əlavə edib:

- Çünki Dağlıq Qarabağ rəhbərliyi və komandanlığı öz vəzifələrini yerinə yetirmək iqtidarında deyil, bu səbəbdən aprel müharibəsi gedişində ərazilər verilb... Beş ildir bu prezident bizi inandırırdı ki, biz güvəndəyik, lakin sonda bunun yalan olduğu üzə çıxdı. Biz tələb edirik ki, xalqıın aldadılmasına son qoyulsun, on xəttə təkcə sadə adamlar yox, məmurlar və onların övladları da getsinlər...

Düşmənin işğalı altında olan ərazilərdə etiraz aksiyalarının başlaması 2-5 aprel döyüşlərinin bilavasitə ən mühüm nəticələrindən biridir. Ermənistandan gələn xəbərlər göstərir ki, təkcə işğal altındakı ərazilərdə deyil, bütövlükdə təcavüzkar ölkədə hərbi-siyasi böhran əlamətləri müşahidə olunur.

Tarix
2016.06.05 / 23:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla