Yuxarı

Sərkisyan Telmanın restoranında bizim mahnıya oynadı - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:33

Bazar günü, iyunun 5-də Moskvada səs-küylü toy məclisi olub. Erməni oliqarx, "Taşir" şirkətlər qrupunun sahibi Samvel Karapetyan 23 yaşlı oğlu Sarkis Karapetyana Salomeya adlı gürcü qızını alıb.

ANS-in verdiyi məlumata görə, dəbdəbəli toyda bir çox məşhur sima, şou biznes ulduzları, o cümlədən Ermənistan Prezidenti Serj Sərkisyan da iştirak edib.

Toy azərbayacanlı milyarder AST Telman - Telman İsmayılova məxsus "Safisa" şadlıq sarayında olub.

Toy mərasimini Andrey Malaxov və Vera Brejneva aparıblar. Musiqi tərtibatı isə Alla Puqaçova və Qriqori Lepsə tapşırılıb. Məşhur "Maroon 5" qrupunun solisti Adam Livaynın çıxışı isə toyda iştirak edənlər üçün sürprizə çevrilib.

Maraqlısı odur ki, daima Azərbaycan mədəniyyəti incilərini mənimsəməyə cəhd edən ermənilər bu dəfə də öz xislətləridən əl çəkməyiblər. Belə ki, erməni toyunda Azərbaycan musiqisi səslənib. Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" operettasında səslənən "Uzundərə" xalq musiqisi erməni rəqsi kimi qələmə verilib. Bəy və gəlin məhz bu musiqinin sədaları altında rəqsə qalxıb, daha sonra isə çeçen milli rəqsini özününküləşdirən mədəniyyət və tarix oğruları ermənilər bu rəqsi də "milli rəqs" adı altında təqdim edib.

Samvel Karapetyan turizm, inşaat, daşınmaz əmlak sektorunda 5 milyard dollarlıq sərvəti ilə Rusiyanın dünyaca zəngin iş adamlarından biridir. Futbol üzrə Ermənistan millisinə qazandığı hər matçdan sonra 200 min dollar mükafat verməsi ilə tanınan iş adamı ölkəsinin siyasi həyatına təsir edə bilir.

Tarix
2016.06.06 / 12:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla