Yuxarı

Jirinovski: "Türkiyə ilə aramızı onlar vurdu" - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı jurnalist Fuad Abbasov Rusiyada erməni yalanlarını üzə çıxarıb.

ANS-in məlumatına görə, qalmaqal "Rossiya-1" telekanalında yayımlanan "Voskresnıy veçer" verilişində baş verib. Proqramda Yevgeni Satanovski, Vladimir Jirinovski, Semyon Baqdasarov kimi tanınmışlar da iştirak ediblər.

Aparıcı Vladimir Solovyov verilişə dəvət etdiyi qonaqlarla qondarma erməni soyqırımı ilə bağlı qanun layihəsinin Almaniya Bundestaqı tərəfindən qəbul edilməsini, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərini müzakirəyə çıxarıb.

Fuad Abbasov ermənilərin Xocalıda törətdikləri qırğından bəhs edib. Lakin aparıcı onun sözlərini kəsərək danışmasına imkan verməyib.

O, baş verən hadisələrin ABŞ-ın maraqlarına uyğun olduğunu, Ərdoğanın heç bir şantaj xarakterli çıxış etmədiyini deyib. Jurnalist Ərdoğanın geosiyasətini şantaj adlandırmağın doğru olmadığını qeyd edib.

Vladimir Jirinovski Su-24 təxribatının qəsdən edildiyini deyib. Onun sözlərinə görə, məqsəd mükəmməl əlaqələri olan Rusiya ilə Türkiyənin münasibətlərini korlamaq olub: "Amerika bizim daha da yaxınlaşacağımızdan qorxub".

Tarix
2016.06.06 / 11:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla