Yuxarı

Dələduz icra başçısı apelyasiya şikayəti verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi sənədləri qanunsuz hazırlamada və dələduzluqda təqsirləndirilən Qobustan rayonunun keçmiş icra başçısı Rafiq Şıxməmməd oğlu Alışov barəsində olan hökmdən apelyasiya şikayəti verib.

Report-un məlumatına görə, Bakı Apelyasiya Məhkəməsində keçiriləcək iclas iyunun 9-na təyin edilib.

İşə hakim Sahibxan Mirzəyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, R.Alışov Qobustan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində 1994-2001-ci illərdə işləyib. O, Cinayət Məcəlləsinin 320.1-ci (rəsmi sənədləri qanunsuz hazırlamada, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama, yaxud ya bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma), 320.2-ci (rəsmi sənədləri qanunsuz hazırlamada, bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) və 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunub.

İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib. Məhkəmənin hazırlıq iclasında o, həbs edilib.

Bu il aprel ayının 20-də Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə R.Alışov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan sabiq icra başçısı apellyasiya şikayəti verib.

Xatırladaq ki, R.Alışov 2013-cü ildə də eyni maddə ilə Xəzər Rayon Məhkəməsinin qərarı ilə həbs edilib.

Tarix
2016.06.06 / 11:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla