Yuxarı

Məhməd Səkmən: "Azərbaycanın yanındayıq"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva Ərzurum bələdiyyə başçısı Məhməd Səkmənlə görüşüb.

Axar.az xəbər verir ki, görüş zamanı Q.Paşayeva Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, qədim Ərzurumu da Azərbaycanın bölgələrindən biri ilə qardaş olaraq görmək istədiyini bildirib.

O, yaxın zamanlarda Ərzurumun mərkəzi parklarından birinə "Qarabağ" adının veriləcəyinə və orada şəhidlərimizin xatirəsinə "Şəhidlər" abidəsinin qoyulacağına, mərkəzi küçələrdən birinə isə Azərbaycan adının veriləcəyinə inandığını deyib.

Q. Paşayeva bələdiyyə başçısı ilə Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı da fikir mübadiləsi aparıb. Azərbaycanı çox sevdiyini deyən Məhməd Səkmən qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını deyib.

Bələdiyyə başçısı hər zaman qardaş Azərbaycanın yanında olduğunu deyib və millət vəkili Qənirə Paşayevanın Ərzurumda Azərbaycan küçəsi, Qarabağ parkı və Şəhidlər abidəsi ilə bağlı təkliflərini müsbət qiymətləndirdiyini bildirərək bu təkliflərə qısa zamanda mütləq baxılacağını və həllini tapacağını deyib.

Ərzurum bələdiyyə başçısına müəllifi olduğu "Qənirə Paşayeva ilə addım-addım Türk dünyası" kitabı barədə danışan Q.Paşayeva kitabın növbəti hissələrində qədim Ərzurumun da yer alacağını bildirib.

Millət vəkili Məhməd Səkmən və bələdiyyə üzvlərinə Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ həqiqətləri ilə bağlı materiallar, həmmüəllifi olduğu imzalı "Qarabağ hekayələri" kitabını təqdim edib.

Tarix
2016.06.06 / 11:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla