Yuxarı

Bakıda “Mersedes”lər yığılır – Səbəb

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda çox yanacaq işlətdiyi üçün imtina edilən iri mühərrikli avtomobillərə müştəri tapılıb.

Axar.az xəbər verir ki, ötən ildən etibarən satılmadığı üçün bazarlarda qalan və qiyməti xeyli aşağı düşən iri mühərrikli maşınlar Almaniyaya daşınacaq. "VİP Eskort Motors" avtomobil şirkəti iri mühərrikli ikinci əl "Mersedes"lərin alışına başlayır.

Şirkətin rəhbəri Rəşad Quliyev Fins.az-a bildirib ki, hazırda bu avtomobillərin alışını həyata keçirəcək firma ilə bağlı sənədləşmə işləri aparılır. İyul ayından etibarən 2010-2015-ci il istehsal tarixli 5.0-6.3 litr mühərrikli "Mersedes ML", "Mersedes GL", "Galendevagen", "Mersedes SLS" və digər modellərin alışına başlanacaq. Avtomobilllərin qəbulu üçün əsas şərt onun texniki pasportunda qeyd edilən şassi nömrəsidir. Şassi nömrəsinin ilk 10 rəqəmi avtomobilin kefiyyətinin göstəricisidir. Bu nömrə əvvəlcə yoxlanılır. Kefiyyət uyğun gəlirsə, avtomobil hazırkı bazar qiymətinə uyğun olaraq dəyərləndirilir və alınır".

R.Quliyev hələlik yalnız iri mühərrikli "Mersedes" modellərinin alınacağını əlavə edib. Sonrakı mərhələdə isə digər iri mühərrikli avtomobillərin də alışı həyata keçirilə bilər.

Tarix
2016.06.06 / 13:15
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla