Yuxarı

Erməni komandir qondarma baş naziri döydü – Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağın qondarma "baş naziri" komandir tərəfindən döyülüb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Regional Sabitlik və Təhlükəsizlik Mərkəzi əldə edib.

Arayik Harutünyan aprel döyüşlərində bizneslə məşğul olduğu torpaq sahəsinə tankların girməsinə etiraz etdiyinə görə döyülüb.

Ermənistan mətbuatında yayılan xəbərlərə görə, Talış ərazisində gedən döyüşlərdə erməni tanklarının qondarma "baş nazir"in üzüm plantasiyalarından keçməsi onun etirazına səbəb olub. A.Harutünyanın biznes maraqlarını müdafiə etməsi hərbiçilər tərəfindən hiddətlə qarşılanıb və onun komandir tərəfindən döyülərək təhqir edilməsi ilə nəticələnib. Həmin ərəfədə Prezident Serj Sərkisyanın bölgəyə səfər edərkən çəkilmiş şəkillərdə Arayik Harutünyanın görünməməsi də hadisənin doğruluğunu sübut edir.

Qeyd edək ki, aprelin 23-də Ermənistanın Lrahos.ru saytı Qarabağ ərazisində yüksək vəzifəli şəxsin komandir tərəfindən döyülməsi barədə xəbər versə də, onun kimliyi açıqlamayıb.

A.Harutünyanın Qarabağda könüllülərin komandiri Manvel Qriqoryanla münasibətləri də məhz sözügedən səbəbdən pozulub. Bu hadisədən dərhal sonra Harutünyan Manvel Qriqoryan və könüllülərın qaldığı otellərin qiymətini qaldırıb.

Tarix
2016.06.06 / 14:09
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezidentin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla