Yuxarı

Qulu Məhərrəmli vəzifədən getdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:29

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli vəzifəsindən azad edilib.

Axar.az xəbər verir ki, bu barədə APA məlumat yayıb. Məlumatda vurğulanıb ki, bu gün Elmi Şuranın növbədənkənar iclası keçirilib və Q.Məhərrəmlinin istefa ərizəsinə baxılıb. İstefa ərizəsi qəbul olunduqdan sonra professorun Elmi Şura və kollektivlə vida mərasimi baş tutub.

Mərasimi açan institutun direktor əvəzi, AMEA-nın müxbir üzvü, professor Möhsün Nağısoylu səmərəli elmi fəaliyyətinə, dilçiliyin inkişafı ilə bağlı Dövlət Proqramının reallaşdırılması üçün gördüyü dəyərli işlərə görə Q.Məhərrəmliyə təşəkkür edib.

Toplantıda çıxış edən Elmi Şura üzvləri, dilçi alimlər Sayalı Sadıqova, Məsud Mahmudov, İsmayıl Məmmədov, İlham Tahirov, Nəriman Seyidəliyev, Mayıl Əsgərov, İdris Abbasov, Baba Məhərrəmov, Sevinc Əliyeva, Şahlar Məmmədov, Rasim Heydərov, Təranə Şükürova və başqaları Q.Məhərrəmlinin fəaliyyətindən, alim kimi mövqeyindən və qısa müddət ərzində gördüyü dəyərli işlərdən danışıblar. Qeyd olunub ki, Q.Məhərrəmlinin ölkənin tanınmış media xadimi və dilçi alim kimi bu elm ocağına nüfuz qazandırması danılmazdır. Alimlər Qulu Məhərrəmlinin bu elm ocağından ayrılmasına təəssüfləndiklərini bildiriblər.

Alimlər Q.Məhərrəmlinin televiziyaların vəziyyəti ilə bağlı verdiyi müsahibəyə görə əsassız olaraq məhkəmələrə cəlb edilməsinə, olmadığı halda bu müsahibədə təhqir axtarılmasına da münasibət bildiriblər, bu prosesdə institut əməkdaşlarından bəd niyyətlə istifadə etmək cəhdlərini də pisləyən kollektiv üzvləri bütün vicdanlı insanların, o cümlədən dilçi alimlərin, mütəxəssıslərin haqqın yanında olduqlarını vurğulayıblar.

Toplantıda çıxış edən professor Qulu Məhərrəmli əməyinə yüksək qiymət verdiklərinə görə institut rəhbərliyinə və kollektivə minnətdarlığını bildirib. O, jurnalistika işi ilə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olacağını, eyni zamanda, hazırda geniş nüfuz qazanmaqda olan "Azleks" elektron lüğətlər toplusunun rəhbərlərindən biri kimi dilçilik sahəsində fəaliyyətini davam etdirəcəyini deyib: "Həmişə özümü bu kollektivin üzvü hesab etmişəm" deyən professor dilçiliyin inkişafı ilə bağlı Dövlət Proqramının reallaşdırılması üçün həmkarlarına hər zaman dəstək verəcəyini qüyd edib.

Sonda kollektivlə xatirə şəkili çəkilib.

Q.Məhərrəmli Monitorinq şöbəsinə 2014-cü ildən rəhbərlik edib. O, şöbə müdiri olarkən Dilçilik İnstitutunun "Qaynar xətt"i fəaliyyətə başlayıb. Q.Məhərrəmlinin rəhbərliyi altında reklamlarda, ictimai iaşə obyektlərində və yazılı və elektron kütləvi informasiya vasitələrində Azərbaycan dilinin fonetik və qrammatik normalarına riayət olunmasının təmin edilməsi, Azərbaycan dilinin normalarına əməl edilməsi səviyyəsini müəyyənləşdirmək məqsədilə monitorinqlər keçirilib.

Tarix
2016.06.06 / 17:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla