Yuxarı

“Multikulturalizm” jurnalı işıq üzü görəcək

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Multikulturalizm ili" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə nəzərdə tutulan tədbirlər planı çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Yaradıcılıq Fondunun birgə nəşri olan "Multikulturalizm" jurnalı bu günlərdə işıq üzü görəcək.

Sim-sim.az xəbər verir ki, jurnal müxtəlif bölmələrə ayrılıb. "Azərbaycançılıq" adlı rubrikada milli həyatın ahəngdarlığından, ölkəmizdə yaşayan bütün etnosların qardaşcasına dinc yanaşı yaşamaq, vahid ideologiyanın çətiri altında birləşmək ənənəsindən bəhs edilir.

"Çoxmədəniyyətlilik" bölməsində ölkəmizin və dünyanın multikultural mənzərəsindən fraqmentlər əks olunub, mədəni rəngarəngliyin ədəbiyyat, sənət dilində ifadəsinin şərhləri verilib.

"Terror multikulturalizmə qarşı" adlı rubrikada bəşəriyyətin bəlasına çevrilmiş terrorun etnik-milli rəngarəngliyə, multikultural dəyərlərə, tolerantlığa vurduğu zərbələrdən, xalqlar arasına düşmənçilik toxumu səpməyə çalışan ideologiyaların hansı zəmində təşəkkül tapmasından danışılır.

"Homo sapiens" bölməsində mədəniyyətlərin formalaşması tarixinə, sivilizasiyanın enişli-yoxuşlu yoluna işıq tutulur.

"Tariximiz, bugünümüz" adlı rubrikada ta qədimdən ölkəmizin ərazisində yaşayan xalqların əsrlər boyu keçdiyi tarixi-mədəni proseslərin keçmişdən indiyə uzanan mənəvi bağlarının tapıb aşkara çıxarəlmasına cəhd edilib.

"Höte zalı" adlı rubrikada dünya ədəbiyyatında gedən multikultural proseslərə, bu yöndə aparılan fəlsəfi-etik-estetik mübahisələrə meydan verilib. Rubrikanın adı təsadüfən seçilməyib; bildiyiniz kimi, ədəbiyyatşünaslığa "dünya ədəbiyyatı" anlayışını ilk dəfə böyük alman şairi gətirib.

Buna uyğun olaraq Azərbaycan ədəbiyyatına ayrılmış bölmə də müasir ədəbiyyatımızın banisi Mirzə Fətəlinin şərəfinə "Axundov zalı" adlandırılıb. Bu rubrika altında jurnalın hər sayında insanlar arasında tolerant münasibətləri təbliğ edən müxtəlif bədii-publisistik örnəklərə yer vermək planlaşdırılır.

"Multikulturalizm"in tərəf-müqabili" adlı rubrikada tanınmış ziyalılarla ədəbi-estetik, mədəni-fəlsəfi problemlərə həsr olunmuş müsahibələr dərc etmək nəzərdə tutulur.

"Sönməyən ulduzlar" bölməsində həm tanınmış ədəbiyyat, incəsənət xadimlərinin, həm də sadə sənət adamlarının həyat hekayətləri barədə yazılar, onların zəfər və faciələrinin tarixçələri dərc olunacaq.

"Tənqid və esseistika", "Resenziya", "Kitab rəfi" və "Oxu zalı" kimi rubrikalar altında mədəni müxtəlifliyə, düşüncə rəngarəngliyinə, multikultural dəyərlərə həsr olunmuş kitablar təqdim ediləcək, etnik-mədəni müxtəlifliyin bədii ədəbiyyat nümunələrindəki inikası araşdırılacaq, bəşər mədəniyyətinin qaynaqlarına işıq tutan əsərlərdən parçalar dərc olunacaq.

Jurnalın "Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində" adlı bölməsində BBMM-in gördüyü işlər, keçirdiyi tədbirlər haqqında məlumat vermək nəzərdə tutulur.

Nəhayət, "Region" bölməsində hər dəfə Azərbaycanın bölgələrindən birinin ədəbi mənzərəsini təqdim edilir. Jurnalın ilk nömrəsində respublikamızın şimal bölgəsində yaşayıb-yaradan qələm adamlarımızın yaradıcılığından nümunələrlə, konkret desək, Qubada fəaliyyət göstərən "Ay işığı" ədəbi məclisində təmsil olunan şair və yazıçıların əsərləri, eləcə də, ölkəmizdə yaşayan dağ yəhudiləri icması təmsilçilərinin və Qusar şairlərinin şeirləri ilə (həm Azərbaycan, həm də ləzgi dilində) tanış ola bilərsiniz.

Bu rubrikaların bəzisi daimi olacaq, bəzisi də nömrədən-nömrəyə yenilənəcək. Təkcə dövlət dilimiz olan Azərbaycan dilində yox, ölkəmizdə danışılan başqa dillərdə də yazılar təqdim ediləcək. Bununla da müxtəlif etnik toplumlar arasındakı dil-anlaşma maneəsinin götürülməsinə, xalqların qarşılıqlı ünsiyyətinin tərcüməçilərin inhisarından çıxarılmasına çalışılacaq.

Jurnalda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Azərbaycançılıq-milli ideologiyanın kamil nümunəsi", Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadənin "Точная идеологическая чел-мултикултурализм", Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin "Azərbaycan multikulturalizmi bu gün: Portuqaliyadan İndoneziyayadək…", Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının "Azərbaycan multikulturalizm modeli dünya səviyyəsində ən mükəmməl örnək kimi qəbul olunur" məqalələri yer alıb.

Bundan başqa jurnalda tanınmış yazalar-Nəriman Qasımoğlu, Şərif Ağayar, Aqşin Yenisey, Qan Turalı, Sevda Sultanova, Ramilə Qurbanlının müxtəlif mövzularda maraqlı yazılarını da oxuya biləcəksiniz.

Qeyd edək ki, jurnalın nəşr olunmasında məqsəd Azərbaycanda əsrlərdən bəri formalaşmış tolerantlıq ənənələrini təbliğ etmək, ölkəmizdə hökm sürən multikultural mühitə töhfə verməkdir. "Multikulturalizm" jurnalı öz fəaliyyətini Azərbaycan Prezidentinin müvafiq sərəncamlarında vurğulanmış dəyərlərin qorunub təbliğ olunması istiqamətində quracaq.

Tarix
2016.06.06 / 15:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla