Səmimi olaq: Ukraynaya vəd ediləni vermədik
01:48
Ana səhifə Planet |
Rusiya Prezidenti Vladimir Putin yenidən Avropaya səfər edəcək.
Axar.az xəbər verir ki, mətbuata açıqlama verən Kreml sözçüsü Dmitri Peskov səfərin Finlandiyaya olacağını bildirib.
"Belə görüş hazırlanır və yaxın vaxtlarda rəsmi məlumat verəcəyik", - Peskov deyib.
Qeyd edək ki, Finlandiya mediası səfərin iyulda olacağı barədə məlumat yayıb. Bu gün isə NATO öz ordusunu ilk dəfə Finlandiyaya göndərib. NATO qoşunları Finlandiyaya Baltops-2016 hərbi dəniz təlimi çərçivəsində gəlib.
Tarix
2016.06.06 / 17:21
|
Müəllif
İlham Sahiloğlu
|