Yuxarı

Xankəndində yerləşən otelə zəng etdik və... - Səfərov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin aprel ayının əvvəllərində cəbhə xəttində baş verən "dördgünlük müharibə" Azərbaycan diasporunun sınağı olub. Çünki həmin ərəfədə Ukraynadakı Azərbaycan diasporu erməni lobbisinə ağır zərbələr vurdu.

Bu fikirləri Publika.az-a açıqlamasında birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayət bölməsinin sədr müavini Zöhrab Səfərov bildirib.

Z.Səfərov deyib ki, Ukraynadakı Azərbaycan diasporu artıq bu ölkədəki erməni diasporunun bütün təxribatlarını və qondarma təbliğatlarını zamanında ifşa edir: "Aprel döyüşləri zamanı biz Ermənistanın Ukraynadakı səfirliyi qarşısına içərisi boş olan torbalar qoyduq və dedik ki, öz əşyalarınızı da götürüb buradan gedin. Hətta, Ukraynada yaşayan bizim gənc azərbaycanlılardan biri Xankəndində yerləşən "Artsax" otelinə zəng vuraraq, boş yerlərin olub-olmadığını soruşur. Daha sonra isə bütün yerlərin bron edilməsini istəyir və deyir ki, bütün yerləri bron edin, tezliklə Azərbaycan xalqı orada olacaq. Bütün bunları biz etmişdik. Buna görə də bu gün Ukraynadakı Azərbaycan diasporunda çox güclü təşkilatlanma var".

Z.Səfərov qeyd edib ki, bir sağlam nəslin formalaşması üçün ən azı 25 il vaxt lazımdır: "Rəqəmlərə də baxsaq, görərik ki, aprelin əvvəllərində baş verən döyüşlər də Ermənistanın işğalçılıq siyasətinə başlamasının 25 ilinə təsadüf edir. Gənclərimiz bir daha göstərdi ki, Azərbaycan bir qarış torpağını ermənilərə bağışlamayacaq. Sevindirici hal odur ki, Azərbaycanda diaspora sahəsində də milli dövlətçilik ənənələri yaranır. Baxmayaraq ki, biz bu sahədə ermənilərdən çox gəncik. Ancaq Azərbaycan qısa müddətdə ermənilərdən daha çox təşkilatlanmağa başlayıb".

Tarix
2016.06.06 / 18:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla