Yuxarı

SOCAR Rumıniyada daha bir məntəqə açdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 6-da Rumıniyanın Piteşti şəhərində "SOCAR" brendi ilə növbəti yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib. Bununla da Rumıniyada "SOCAR" brendi altında fəaliyyət göstərən YDM-lərin sayı 34-ə çatıb.

Axar.az SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, "Nano 95", "Nano Dizel" və "Nano Super Dizel" tipli yanacaq məhsulları satışının həyata keçiriləcəyi məntəqədə 4 avtonəqliyyat vasitəsi və 2 iritutumlu yük maşınının eyni zamanda yanacaqla təmin edilməsinə imkan verən 3 sayğac quraşdırılıb.

Digər yanacaqdoldurma məntəqələrində olduğu kimi burada ənənəvi Azərbaycan məhsulları, sürücülərə lazım olan avtomobil aksessuarları,"Roviniete"də (yol vergisi) daxil olmaqla bir sıra ödənişlərinin edilməsi üçün xüsusi avadanlıqlar quraşdırılıb.

Qeyd olunub ki, SOCAR Rumıniyanın artıq 17 regionunda - Botoşan, Suçeava, Nyamts, İaşi, Bihor, Buzau, Bakau, Vrancea, Timiş, İlfov, Kluj, Valcea, Arad, Bistritsa-Nasaud, Sibiu, Buxarest və Argeşdə yanacaqdoldurma məntəqələrinə malikdir.

Tarix
2016.06.06 / 19:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla