Yuxarı

Sovetskidəki 72 tarixi bina ilə bağlı son - Qərar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçmiş Sovetski məhəlləsində yerləşən və tarixi abidələr siyahısından çıxarılaraq sökülməsinə qərar verən 72 bina sökülməyəcək.

Bu barədə Lent.az-a Sovetski ərazisində fəaliyyət göstərən İşçi komissiyanın üzvü, memar, Memarlar İttifaqının üzvü Eyvaz Bağırov məlumat verib.

"Son vaxtlar bəzi mətbuat orqanlarında rast gəlinən məlumatlarda qeyd edilənlərin əksinə olaraq, Sovetski adlanan ərazidə bütün tarixi abidələr sökülmür.

Yalnız tarix və mədəniyyət baxımdan az əhəmiyyət kəsb etdiyindən əvvəllər yerli əhəmiyyətli abidə kimi müəyyən edilmiş, yalnız ayrı-ayrı elementlərinə görə həmin siyahıya salınmış, hazırda isə qəzalı vəziyyətə düşmüş, bərpası məqsədəuyğun olmayan və sonradan əsaslandırılmadan "Siyahı"ya daxil edilmiş 23 abidə Mədəniyyət və Turizm Nazirliyinin təklifi və Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarı ilə "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı"ndan çıxarılıb.

Qalan 72 abidə müvafiq qanunvericiliyə uyğun olaraq dövlət mühafizəsinə götürülmüş tarix və mədəniyyət abidələrinin siyahısındadır və onların toxunulmazlığı təmin edilib", - deyə E.Bağırov qeyd edib.

Tarix
2016.06.06 / 20:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla