Yuxarı

Türkiyə almanların törətdiyi soyqırımı parlamentə çıxarır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Böyük Millət Məclisinin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan deputatı Mətin Külünk 1904-1907-ci illərdə Kayzer Almaniyasının Namibiyada törətdiyi kütləvi qırğınların soyqırım kimi tanınması ilə bağlı qanun layihəsini parlamentin müzakirəsinə təqdim edəcək.

ANS xəbər verir ki, M.Külünk qlobal güclərin Türkiyəni təslim etmək istədiklərini, bunun üçün isə "erməni məsələsi"ndən istifadə etdiklərini deyib.

Külünk soyqırımın ana vətəninin Avropa olduğuna işarə edərək bildirib ki, tarixçilər soyqırımın necə həyata keçirildiyini öyrənmək istəyirlərsə, Norveç, Almaniya, İngiltərəyə baxsınlar.

"Bosniya və Herseqovinada 1990-cı illərdə baş verənlərə baxmalıdırlar. Əgər bu ölkələrin tarixləri araşdırılsa, soyqırım mədəniyyətinin Avropada meydana gəldiyi, inkişaf etdiyi və həyata keçirildiyi açıq-aşkar görünür. Çünki Avropa mədəniyyətinin mərkəzində insanlığı olduğu kimi qəbul etmək deyil, özünə bənzətmək dayanır", - Külünk bildirib.

Almanların 1900-cü illərin əvvəllərində Afrikada yerləşən Nambiya dövlətindəki yerli xalqa qarşı soyqırım törətdiyini diqqətə çatdıran Külünk bildirib ki, həmin soyqırım zamanı 75 min insan qətlə yetirilib.

"Almanların 1990-cü illərin əvvəllərində bölgəni ələ keçirmək cəhdlərinə qarşı çıxan yerli xalqın ¾-ü yox edildi. Bu kütləvi qırğınların soyqırım kimi tanınması ilə bağlı qanun layihəsini parlamentin müzakirəsinə təqdim edəcəm", - Külünk bildirib.

Namibiya soyqırımı 1904-1907-ci illərdə Kayzer Almaniyasının işğalçı qüvvələrinin Cənub-Qərbi Afrikanın bu ölkəsində herero (bantu) və nama (qottentotlar) qəbilələrinin əhalisinin 80 faizə qədərinin qətlə yetirilməsi aktıdır. Həmin qətliam xalq üsyanını yatırmaq üçün həyata keçirilib.

Türkiyənin bu addımı Almaniya Bundestaqının 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi tanımasına cavab kimi qiymətləndirilir. Lakin qeyd olunmalıdır ki, 2004-cü ildə Almaniya Namibiya soyqırımını rəsmən tanıdığını elan edib.

Tarix
2016.06.06 / 22:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla