Yuxarı

Azərbaycandakı bu modelə dünyanın ehtiyacı var - Biançi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqının maliyyələşdirdiyi, Mədəniyyət və Turizm Nazirliyinin benefisiar olduğu 2016-2018-ci illərdə "Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə dəstək" Tvinninq layihəsinin ekspertləri Mikela Diodato və Eliza Petruçi, layihənin yerli əlaqələndiricisi Alessandro Biançi ilə iyunun 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) görüş keçirilib.

Axar.az Komitənin mətbuat xidmətinə istinadən xəbər verir ki, ekspertlər mədəniyyət sektorunun idarəedilməsində və mədəni irsin qorunmasında ən qabaqcıl təcrübəyə yiyələnmək üçün Azərbaycana dəstək göstərilməsi məqsədilə həyata keçirilən layihə haqqında geniş məlumat veriblər.

Görüşdə qonaqlara Dövlət Komitəsinin müvafiq şöbələrinin fəaliyyəti və funksiyaları, həmçinin həyata keçirilən tədbirlər barədə dolğun informasiya verilib. Qeyd edilib ki, Dövlət Komitəsi ölkədə vicdan azadlığının təmin edilməsi, dinlərarası dialoqun və əməkdaşlığın gücləndirilməsi, dini qurumların fəaliyyətinin dəstəklənməsi, multikultural və tolerant dəyərlərin təbliği və təşviqi, habelə dini maarifçilik işinin aparılması və dini radikalizmlə mübarizə sahəsində kompleks tədbirlər həyata keçirir. Eyni zamanda, qeyd olunan məsələlərdə müvafiq dövlət qurumları, qeyri-hökumət təşkilatları və dini konfessiyalarla yaxından əməkdaşlıq edir.

Alessandro Biançi ölkəmizdəki tolerant mühiti yüksək qiymətləndirib və bu modelin dünyada yayılmasına ehtiyac olduğunu bildirib.

Tarix
2016.06.06 / 23:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla