Yuxarı

Uşaqlarda yayılan qızdırmanın səbəbi - Pediatr

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər hansı yeni bir virusun yayılma tendensiyası müşahidə olunmur.

Bu sözləri pediatr İlhamə Rüstəmbəyli son zamanlar məktəblilərdə müşahidə olunan qızdırma hallarının artması ilə bağlı Axar.az-a danışarkən deyib.

Onun sözlərinə görə, kütləvi hal almasa da, bu xəstəliyin hazırda narahatedici səviyyəyə qalxmasının səbəbi uşaqların xəstə halda məktəbə getməsidir:

"Uşaqlar qayıb almamaq üçün xəstə-xəstə dərsə gedir. Bu isə xəstəliyin yayılmasına gətirib çıxarır. Xəstə uşaqlar evdə izolyasiya olunmalıdır, kollektivə buraxılmamalıdır.

Həm də hava şəraitinin dəyişkən olması uşaqların xəstələnməsinə şərait yaradır".

İlhamə xanımın sözlərinə görə, bu kimi halların qarşısının alınması üçün uşaqların immunitet sistemini gücləndirən tədbirlər görülməlidir:

"Uşaqlara mayenin çox verilməsini tövsiyə edirəm. Çünki xəstəlik yaradan toksinlər maye ilə məhv edilir. Bununla yanaşı məktəblilərə vitaminlə zəngin qidalar vermək, açıq havada gəzmək lazımdır".

Tarix
2016.06.07 / 08:15
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarılır - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla